9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
249
16.10.2026, 19:25
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların sayı isə 2-dən 1.9-a enib.
Oxu24.com Baku TV-yə istinadən xəbər verir ki, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva nikahların sayının azalmasına təsir göstərən əsas amillərdən birinin sosial-iqtisadi çətinliklər olduğunu bildirib.
Onun sözlərinə görə, gənclərin karyera qurmağa daha çox vaxt ayırması, sabit iş yerinin olmaması və mənzil təminatı ilə bağlı problemlər ailə qurmaq qərarını gecikdirir.
R.Abdullayeva vurğulayıb ki, nikahların sayında uzunmüddətli azalmanın davam etməsi ölkənin demoqrafik vəziyyətinə də mənfi təsir göstərə bilər. Onun fikrincə, doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə əmək qabiliyyətli əhalinin azalmasına, pensiya sisteminə düşən yükün isə artmasına səbəb ola bilər.
Ekspert problemin həlli üçün gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsini vacib hesab edir. O, xüsusilə mənzil təminatı və ipoteka kreditləri üzrə daha əlçatan güzəşt mexanizmlərinin tətbiqini təklif edib.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.