Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib
10 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
16.10.2026, 18:59
Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır.
Ancaq görünür ki, iş qrafiklərinin dəyişdirilməsi də paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət etmir. Tıxaclara təsir edən başlıca amillərdən biri ali təhsil müəssisələrində tələbələrin sayının çox olması ilə bağlıdır. Xüsusilə universitetlərdə dərslərin başlama və bitmə saatlarının iş yerlərinin qrafiki ilə üst-üstə düşməsi sıxlıq problemini ortaya çıxarır.
Bəs ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi tıxacların azalmasına təsir edə bilərmi?
Oxu24.com xəbər verir ki,milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Onun fikrincə, növbəti illərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə ali təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də dərs saatları dəyişdirilə bilər:
"https://oxu24.com/az/clərində və ümumi təhsil məktəblərində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək məsələlərdəndir.
Təhsillə bağlı yeniliklər zəruri hesab olunarsa, onlar yalnız yeni tədris ili ərəfəsində planlaşdırılmalı, əvvəlcədən elan edilməli və bütün tərəflərin hazırlığı təmin olunmaqla həyata keçirilməlidir.
Bununla yanaşı, belə bir addımın nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir göstərə biləcəyini, əlbəttə ki, nəqliyyat sahəsinin mütəxəssisləri qiymətləndirməlidirlər".
Deputat tətbiq oluna biləcək yeni dərs saatlarını da təklif edib:
"Məsələn, ibtidai siniflərdə dərslərin səhər saat 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlanması və ya tam orta təhsil səviyyəsində dərs qrafikinin fərqli şəkildə təşkili mümkün variantlar kimi müzakirə oluna bilər. Bu zaman məktəblərin xüsusiyyətləri, şagirdlərin yaş qrupları, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmalıdır. Müvafiq qaydalar çərçivəsində məktəblər pedaqoji şuraların qərarları əsasında öz imkanlarına uyğun iş rejimlərini müəyyənləşdirə bilərlər.
Ali təhsil müəssisələrində də dərs cədvəllərinin mərhələli şəkildə fərqli saatlara bölünməsi, tədrisin başlanma və bitmə vaxtlarının müəyyən qədər dəyişdirilməsi variantlarından istifadə etmək olar. Bu yanaşma nəqliyyat vasitələrinin hərəkətində yaranan pik saatlardakı sıxlığın müəyyən qədər azalmasına kömək edə bilər. Lakin təklif olunan mexanizmlərin səmərəliliyi nəqliyyat mütəxəssisləri ilə birgə araşdırılmalı, qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilməlidir".
09:46 / 10 Noyabr 2026
1
09:35 / 10 Noyabr 2026
48
09:26 / 10 Noyabr 2026
91
09:19 / 10 Noyabr 2026
77
08:56 / 10 Noyabr 2026
128
08:46 / 10 Noyabr 2026
136
08:42 / 10 Noyabr 2026
818
05:37 / 10 Noyabr 2026
145
05:27 / 10 Noyabr 2026
225
04:34 / 10 Noyabr 2026
148
04:12 / 10 Noyabr 2026
210
02:34 / 10 Noyabr 2026
176
02:02 / 10 Noyabr 2026
163
01:30 / 10 Noyabr 2026
417
01:19 / 10 Noyabr 2026
568
01:00 / 10 Noyabr 2026
251
00:25 / 10 Noyabr 2026
1237
00:20 / 10 Noyabr 2026
170
00:14 / 10 Noyabr 2026
554
00:08 / 10 Noyabr 2026
169
23:52 / 09 Noyabr 2026
308
23:52 / 09 Noyabr 2026
2705
23:48 / 09 Noyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.