Vəzifəli şəxs VƏFAT ETDİ
09 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
995
16.10.2026, 08:41
Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayında da Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti ilə qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı qeydə alınıb.
Bəs payız aylarında temperaturun yüksəlməsinə hansı proseslər təsir göstərir və qarşıdakı dövrdə bizi hansı hava şəraiti gözləyə bilər?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqlimşünas və ekoloq Məhərrəm Mehdiyev bildirib ki, havaların mövsümə uyğun olmayan dərəcədə isti keçməsini yalnız təsadüfi hadisə kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, bu cür proseslərin elmi izahları da mövcuddur:
"Yer kürəsinin iqlim tarixində uzunmüddətli buzlaşma və istiləşmə mərhələləri müşahidə olunub. Onun sözlərinə görə, bəzi elmi yanaşmalara əsasən, hazırkı dövr buzlaşma mərhələləri arasındakı daha isti dövrlə əlaqələndirilir. Bu proseslərin davam etməsi temperatur göstəricilərinə, o cümlədən payız aylarında müşahidə olunan hava şəraitinə təsir göstərə bilər. Bu proses təxminən 40-50 il belə davam edəcək. Orta temperaturun yüksəlməsi fonunda sentyabr və oktyabr aylarında, hətta noyabrda da nisbətən isti havalar müşahidə oluna bilər".
İqlimşünas, həmçinin El-Ninyo hadisəsinin qlobal temperatur dəyişikliklərinə təsirini vurğulayıb. O, bildirib ki, Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunan El-Ninyo atmosfer dövranına təsir göstərərək dünyanın müxtəlif bölgələrində hava şəraitində dəyişikliklərə səbəb ola bilər:
"Bu hadisənin təsirləri atmosfer proseslərindən və hava kütlələrinin hərəkət istiqamətindən asılı olaraq müxtəlif regionlarda fərqli şəkildə özünü göstərə bilər. Avropada müşahidə olunan yüksək temperatur göstəriciləri fonunda oxşar hava şəraitinin digər ərazilərdə də yaranması ehtimalı istisna edilmir. İsti hava kütlələrinin Azərbaycana doğru hərəkəti baş verərsə, ölkədə də temperaturun yüksəlməsi mümkündür. Bununla belə, havanın necə dəyişəcəyi atmosfer dövranı, hava cərəyanlarının istiqaməti və digər meteoroloji amillərdən asılıdır".
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
16:06 / 09 Noyabr 2026
94
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.