9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
315
15.10.2026, 20:48
Təhsil eksperti Kamran Əsədov barəsində aparılan cinayət işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb. Bu dəfə buna səbəb onun müdafiəçisi Hikmət Əliyevin məhkəmə iclasında iştirak etməməsi olub.
Oxu4.com xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində keçirilməsi nəzərdə tutulan iclas müdafiəçinin gəlməməsi səbəbindən baş tutmayıb.
Məlumata görə, əvvəlki iclasların birində də Hikmət Əliyev məhkəmə prosesinə iki saat gecikib. Bu gün keçiriləcək iclasın tarixi isə müdafiəçinin iştirakı və razılığı ilə əvvəlcədən müəyyənləşdirilib. Buna baxmayaraq, o, razılaşdırılmış tarixdə məhkəməyə gəlməyib və prosesin yenidən təxirə salınmasına səbəb olub.
Baş verənlər müdafiəçinin məhkəmə iclaslarında iştirak etməməsinin prosesin gedişinə təsiri məsələsini gündəmə gətirir. Bununla belə, müdafiəçinin iclasa gəlməməsinin səbəbi barədə əlavə məlumat verilməyib.
Xatırladaq ki, Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul və buraxılış imtahanları zamanı qanunsuz texniki vasitələrdən istifadə etməklə abituriyentlərə kömək göstərilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. İş üzrə tarix müəllimi Gündüz Abbasov və Sənan Hüseynov da ittiham olunurlar.
İttihama əsasən, imtahanlarda iştirak edən şəxslərə test suallarının cavablandırılmasında kömək etmək məqsədilə gizli informasiya əldə etmək və ötürmək üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə edilib. İstintaqın məlumatına görə, bu vasitələr bir sıra abituriyentlərin üzərinə yerləşdirilib.
Kamran Əsədov 2026-cı il yanvarın 23-də Gəncə Şəhər Məhkəməsində keçirilən proses zamanı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə zalında həbs olunub.Musavat.com
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.