Ağır qəza:Ölən və yaralılar var
10 Noyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
15.10.2026, 19:05
Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 16 oktyabr saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məhdudiyyət səbəbindən 8 müntəzəm marşrutun (100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli) hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Məlumata görə, 100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası və əks istiqamətdə hərəkəti Biney Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, Binəqədi şosesi, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil ediləcək.
108A və 147 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası istiqamətdə hərəkəti 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, eləcə də Çingiz Aytmatov küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
09:19 / 10 Noyabr 2026
1
08:56 / 10 Noyabr 2026
88
08:46 / 10 Noyabr 2026
86
08:42 / 10 Noyabr 2026
438
05:37 / 10 Noyabr 2026
138
05:27 / 10 Noyabr 2026
203
04:34 / 10 Noyabr 2026
141
04:12 / 10 Noyabr 2026
198
02:34 / 10 Noyabr 2026
173
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
405
01:19 / 10 Noyabr 2026
555
01:00 / 10 Noyabr 2026
239
00:25 / 10 Noyabr 2026
1170
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
534
00:08 / 10 Noyabr 2026
164
23:52 / 09 Noyabr 2026
302
23:52 / 09 Noyabr 2026
2580
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
442
23:37 / 09 Noyabr 2026
553
23:32 / 09 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.