10-15° dərəcə şaxta olacaq,yollar buz bağlayacaq — XƏBƏRDARLIQ
09 Noyabr 2026, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
15.10.2026, 11:46
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğızıstanda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müdafiə qurumlarının rəhbərləri şəhər mühitinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və regionunun təbii irsinin qorunub saxlanılması məqsədilə ağaclar əkiblər.
Sonra dövlət bayraqlarının qarşısında rəsmi xatirə fotosu çəkdirilib.
İclasda kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə orduların əməliyyat və döyüş hazırlığının təşkili, mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində insansız sistemlərin və robototexnika komplekslərinin praktiki tətbiqi, həmçinin hücum və müdafiə zamanı pilotsuz uçuş aparatlarının tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, ordu idmanı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yarışların təşkili, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasının yekunda 2026-cı il ərzində görülmüş işlərin nəticələri ilə bağlı sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.

12:15 / 09 Noyabr 2026
1
12:03 / 09 Noyabr 2026
169
11:56 / 09 Noyabr 2026
54
11:56 / 09 Noyabr 2026
76
11:43 / 09 Noyabr 2026
60
11:37 / 09 Noyabr 2026
149
11:34 / 09 Noyabr 2026
66
11:30 / 09 Noyabr 2026
61
11:22 / 09 Noyabr 2026
77
11:09 / 09 Noyabr 2026
191
11:05 / 09 Noyabr 2026
113
10:55 / 09 Noyabr 2026
167
10:51 / 09 Noyabr 2026
331
10:44 / 09 Noyabr 2026
150
10:38 / 09 Noyabr 2026
206
10:30 / 09 Noyabr 2026
120
10:27 / 09 Noyabr 2026
106
10:10 / 09 Noyabr 2026
183
10:09 / 09 Noyabr 2026
200
10:00 / 09 Noyabr 2026
235
09:36 / 09 Noyabr 2026
1341
09:26 / 09 Noyabr 2026
113
09:19 / 09 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.