Kombi istifadə edənlərin NƏZƏRİNƏ
08 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
455
14.10.2026, 23:44
Bu gün sizə Bakıda yerləşən "Nizami" kinotetrının memarı haqqında məlumat təqdim edəcəyik.
Oxu24.com bildirir ki,Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda doğulub.Bakıda məşhur olan Dadaşovlar nəslindəndir.Milyonçu və xeyriyyəçi Hacı Hacıağa Dadaşovun qardaşı Şıxəli Dadaşovun nəvəsidir.
Sadıq Dadasov 1929-cu ildə M.Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirib.
O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olub.1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilib.
1940-cı ildə ona Azərbaycan SSR "Əməkdar incəsənət xadimi" fəxri adı verilib və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olub."Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.
Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır.O, Azərbaycan memarlıq tarixinin öyrənilməsinin əsasını qoyub, 1934–1940 və 1944–1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil edib.
O, memarlıq və nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovla birgə yaradıb.Sadıq Dadaşovun layihəsi əsasında Bakıda və respublikanın digər şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları tikilib.
1929–1933 illərdə 23 tikilinin layihəsini verib.Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (1933) və.s.
Sadıq Dadaşovun əsas işləri aşağıdakılardır:
Azərbaycan Texniki Universitetinin binası (1935)
"Nizami" kinoteatrının binası (1934)
Bakı Musiqi Akademiyasının binası (1936)
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası (1940) və s.
O, Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə , 1949-cu ildə Bakıdakı abidələrinin layihə müəllifidir.
Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat edib, Bakıda dəfn olunub...
Tarixçi:Namiq Əliyev
15:17 / 08 Noyabr 2026
87
15:13 / 08 Noyabr 2026
217
14:59 / 08 Noyabr 2026
82
14:54 / 08 Noyabr 2026
90
14:49 / 08 Noyabr 2026
107
14:44 / 08 Noyabr 2026
175
14:31 / 08 Noyabr 2026
110
13:45 / 08 Noyabr 2026
273
13:35 / 08 Noyabr 2026
611
13:21 / 08 Noyabr 2026
131
13:16 / 08 Noyabr 2026
135
13:06 / 08 Noyabr 2026
142
12:47 / 08 Noyabr 2026
459
12:46 / 08 Noyabr 2026
125
12:39 / 08 Noyabr 2026
119
12:35 / 08 Noyabr 2026
734
12:29 / 08 Noyabr 2026
153
12:28 / 08 Noyabr 2026
145
12:27 / 08 Noyabr 2026
130
12:22 / 08 Noyabr 2026
131
12:17 / 08 Noyabr 2026
136
12:16 / 08 Noyabr 2026
153
12:14 / 08 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.