10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
294
14.10.2026, 15:43
Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü - kəlağayı ilə gəzinti-yürüşü keçirilir.
Oxu24.com xəbər verir ki, yürüyüş Qız Qalasının qarşısından başlayıb. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildirib.
Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.
Azərbaycan kəlağayısı beynəlxalq səviyyədə də tanınır. 2014-cü ilin noyabrında “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mühüm hadisə kəlağayının yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyətin mədəni irsi baxımından əhəmiyyətini təsdiqləyib.
Kəlağayı sənətinin əsas mərkəzləri sırasında Şəki və Basqal xüsusi yer tutur. Onun hazırlanmasında ənənəvi ipəkçilik, boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə olunur. Kəlağayıların üzərindəki buta, nəbati və həndəsi ornamentlər xalqımızın zəngin bədii təfəkkürünü əks etdirir. Bu sənətin qorunması, gənc nəsillər arasında təbliği və gündəlik geyim mədəniyyətində yaşadılması milli irsimizin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Kəlağayı ilə yürüş şəhər sakinləri və turistlərdə böyük marağa səbəb olub.
12:37 / 10 Noyabr 2026
5
12:31 / 10 Noyabr 2026
29
12:21 / 10 Noyabr 2026
64
12:18 / 10 Noyabr 2026
55
12:04 / 10 Noyabr 2026
92
12:00 / 10 Noyabr 2026
208
11:45 / 10 Noyabr 2026
1215
11:42 / 10 Noyabr 2026
84
11:39 / 10 Noyabr 2026
92
11:28 / 10 Noyabr 2026
101
11:16 / 10 Noyabr 2026
160
11:04 / 10 Noyabr 2026
102
10:45 / 10 Noyabr 2026
112
10:39 / 10 Noyabr 2026
821
10:32 / 10 Noyabr 2026
105
10:28 / 10 Noyabr 2026
157
10:21 / 10 Noyabr 2026
201
10:17 / 10 Noyabr 2026
125
10:15 / 10 Noyabr 2026
160
10:10 / 10 Noyabr 2026
147
09:50 / 10 Noyabr 2026
1124
09:46 / 10 Noyabr 2026
125
09:35 / 10 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.