Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1889
14.10.2026, 14:40
Orta ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən vahid geyimin tətbiqi Azərbaycan təhsilinin sekulyarlaşmasına və dünya təhsil sisteminə keçidinin bariz nümunəsidir. Bu qaydalar şagirdlər və müəllimlər arasında iqtisadi, sosial və digər yanaşmalar baxımından ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edir. Buna baxmayaraq, bəzi hallarda xüsusilə hicabdan istifadə ilə bağlı müəyyən narazılıqlar və qeyri-sağlam yanaşmalar ortaya çıxır. Belə halların aradan qaldırılması üçün cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsi və dövlət siyasətinin mahiyyətinin izah edilməsi vacibdir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov bildirib ki, orta məktəblərdə vahid geyimin tətbiqi təhsilin dünyəviləşməsi istiqamətində atılmış mühüm addımdır.
Ekspertin sözlərinə görə, bu qərar məktəb mühitində bərabərliyi təmin edir:
”Şagirdlərin fərqli geyimlərdə məktəbə gəlməsi iqtisadi və sosial baxımdan ayrı-seçkiliyə, psixoloji fərqliliklərə səbəb olurdu ki, yeni qaydalar bunun qarşısını alır. Qaydalar yalnız geyim forması ilə məhdudlaşmır; eyni zamanda müxtəlif bijüteriya vasitələrindən istifadəni, saçın müxtəlif rənglərdə boyanmasını, süni dırnaqlardan istifadəni və milli-mənəvi dəyərlərə uyğun olmayan geyimlərin tətbiqini qadağan edir”.
Rəşad Əsgərov qeyd edib ki, bu məhdudiyyətlər yalnız məktəb mühitinə şamil olunur və məktəbdən kənarda azyaşlılar və ya yetkinlər sərbəst şəkildə öz istədikləri geyimdən, o cümlədən hicabdan istifadə edə bilərlər, buna heç bir dövlət qurumu tərəfindən qadağa qoyulmur.
Müsahib vurğulayıb ki, bəzi azyaşlı məktəblilər, valideynlər və müəllimlər arasında məktəbdə hicabdan istifadəyə icazə verilməməsi ilə bağlı narazılıqlar əsassızdır:
”Azyaşlı uşaqların dini şüuru və dünyagörüşü hələ din haqqında ətraflı məlumata sahib olacaq səviyyədə inkişaf etməyib.
Dini savadlılığı yüksək olmayan bu şəxslərin valideynlərin və ətraf mühitin təsiri ilə etiraz etməsi, bəzi ideoloji və kənar qüvvələr tərəfindən dövlətə və təhsil sisteminə qarşı vasitə kimi istifadə olunur. Bu kimi hallara yol verilməməsi Azərbaycan Respublikasının daxili işlərinə və dövlətçilik siyasətinə qarşı çıxmaq deməkdir”.
Sonda ekspert vurğulayıb ki, bu cür halların aradan qaldırılması üçün yalnız inzibati sanksiyalar deyil, cəmiyyət arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi vacibdir:
“Cəmiyyətimizdə təhsil sistemi həm layihəli, həm demokratik, həm də sekulyar formada inkişafını davam etdirəcək, neqativ hallar isə qısa zamanda aradan qaldırılacaqdır”.
Çimnaz Telmanqızı
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.