"Ey Sevgili Bayrağım!"— Şəmsi Vəfadarın qələmindən öz səsi ilə
09 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
237
14.10.2026, 13:03
"Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC təqribən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb".
Oxu24.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.
Bundan başqa, o xatırladıb ki, sentyabrın 1-nə qədər Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib: "Həmin layihələr üzrə 9.3 milyard manat investisiya və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb".
Nazir müavini əlavə edib ki, bu istiqamətdə nəticələrin düzgün qiymətləndirilməsi vacibdir: "Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması bu mənada diqqətdə saxlanılmalıdır. Eyni yanaşma iri investisiya razılaşmalarına da aiddir".
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır: "İnfrastruktur xidmətlərinin qiyməti, keyfiyyəti, etibarlılığı istehsal müəssisələrinin gündəlik fəaliyyətinə təsir edir: "Sahibkar öz müəssisəsində müasir avadanlıq qura, idarəetməni yaxşılaşdıra bilər, lakin istifadə etdiyi enerji, su, nəqliyyat, rabitə xidmətlərinin keyfiyyəti onun rəqabət qabiliyyətini müəyyən edir. Bu mənada bu sahələrdə infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır. Qoşulma şərtlərinin, xidmət standartlarının və müraciətlərə baxılma müddətlərinin aydın olması bu mənada biznes üçün xüsusi əhəmiyyət daşıyır".
Nazir müavini qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı infrastrukturun inkişafına əlavə imkanlar yaradır: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzrə müqavilənin imzalanması bu istiqamətdə mühüm addımdır. Nazirlər Kabineti 2026-2027-ci illər üzrə ümumilikdə 9 layihə təsdiqləyib. Belə layihələrdə rəqabətli seçim, risklərin düzgün bölüşdürülməsi, müqavilə öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi uzunmüddətli nəticəyə təsir edir. Seçim zamanı əldə edilən üstünlük sonradan keyfiyyətli xidmətə və dövlət vəsaitindən səmərəli istifadəyə çevrilməlidir".
09:26 / 09 Noyabr 2026
1
09:19 / 09 Noyabr 2026
36
08:46 / 09 Noyabr 2026
63
08:42 / 09 Noyabr 2026
268
08:25 / 09 Noyabr 2026
97
04:25 / 09 Noyabr 2026
564
02:31 / 09 Noyabr 2026
542
01:34 / 09 Noyabr 2026
331
01:20 / 09 Noyabr 2026
728
01:10 / 09 Noyabr 2026
435
01:06 / 09 Noyabr 2026
204
00:58 / 09 Noyabr 2026
419
00:50 / 09 Noyabr 2026
316
00:29 / 09 Noyabr 2026
1228
00:25 / 09 Noyabr 2026
618
00:21 / 09 Noyabr 2026
222
00:17 / 09 Noyabr 2026
164
00:12 / 09 Noyabr 2026
161
23:49 / 08 Noyabr 2026
270
23:45 / 08 Noyabr 2026
230
23:18 / 08 Noyabr 2026
1436
23:14 / 08 Noyabr 2026
219
23:09 / 08 Noyabr 2026
327
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.