Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
477
14.10.2026, 11:09
“Toy xərclərinin normadan çox olmasının əsas səbəbi insanların göstəriş, şöhrətpərəstlik və “qonşudan geri qalmayım” prinsipi ilə hərəkət etməsidir. Başlanğıc belə olduqda, sonradan yaranan maddi çatışmazlıqlar boşanmalara gətirib çıxarır”.
Oxu24.com bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib. Onun sözlərinə görə, toyun orta xərci məkanın yerindən, menyunun qiymətindən və dəvət olunan qonaqların sayından asılı olaraq dəyişir:
“Təkcə restorana ödənilən məbləğ minimum 12-15 min manatdan başlayır. Digər xərcləri də nəzərə alsaq, ümumi məbləğ minimum 25-30 min manat arasında dəyişir. Marqarita pizza
Əsas xərclər restoran, qızıl, gəlinlik, eləcə də tanışlıq, “hə”, nişan və xına kimi mərasimlərə gedir. Toy üçün borclanmağı düzgün addım hesab etmirəm. Yetkin hər bir şəxs və onun valideyni bilir ki, bir gün xeyir iş olacaq, yəni hazırlıq öncədən görülməlidir. Sonradan borc bataqlığına düşmək ailədaxili problemlərə yol açır.
Tək gəlir qaynağı əməkhaqqı olan şəxslər üçün bu borclar ailənin maliyyə yükünü artırır və vəziyyəti daha da çətinləşdirir. Toy xərclərinin artmasında şöhrətpərəstlik faktorundan başqa, digər “gözəgörünməyən” xərclər də var”.
İqtisadçı qeyd edib ki, Azərbaycan cəmiyyətində orta və xüsusilə yaşlı nəslin bu mövzuda düşüncəsi dəyişməlidir:
“Çünki illər keçdikcə inflyasiya sürətlənir, əməkhaqqı və xərclər dəyişir. Məsələn, bir şəxs 20 il əvvəl kiminsə övladının toyuna gedib. O vaxt 1 nəfərlik menyunun qiyməti 10 manat, həmin şəxsin toya saldığı məbləğ isə 50 manat olub.
İndi həmin şəxs övladına toy edəndə, qarşı tərəf “dəftərə” baxır ki, vaxtilə ona 50 manat yazılıb və eynilə 50 manat gətirib yazdırır. Cəmiyyətdə bu təfəkkürdə olan insanların sayı çox olduğu üçün toy sahibi xərcləri öz cibindən ödəməli olur.
Əslində isə necə olmalıdır? Həmin dövrdə menyu 10 manat, yazılan məbləğ 50 manat idisə (50:10=5), deməli, menyu qiymətindən 5 dəfə artıq nisbət saxlanılıb.
Bu gün minimum menyu qiyməti 40 manatdırsa, bir nəfərin yazdırdığı məbləğ 200 manat (40*5=200) olmalıdır.
Bundan başqa, qonaq sayının azaldılaraq yalnız ən yaxınların dəvət olunması, tanışlıq, “hə”, nişan və xına kimi mərasimlərin ev şəraitində keçirilməsi, eləcə də bu proseslərin bir dəfəyə icra olunması xərclərə ciddi qənaət etməyə imkan verər”.
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.