Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI
08 Noyabr 2026, 14:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
589
14.10.2026, 10:27
İran və Türkiyədən, xüsusilə "Telegram" və "TikTok" "X" platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pislənilir.
Oxu24.com xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur:
"Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir. Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə "copy-paste" edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur".
Bildirilib ki, paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir:
"Onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır. Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycanın, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır".
Media və Yayım Şurasının açıqlamasında qeyd edilib ki, həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
"Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır", - deyə vurğulanıb.
14:49 / 08 Noyabr 2026
1
14:44 / 08 Noyabr 2026
40
14:31 / 08 Noyabr 2026
62
13:45 / 08 Noyabr 2026
218
13:35 / 08 Noyabr 2026
413
13:21 / 08 Noyabr 2026
100
13:16 / 08 Noyabr 2026
121
13:06 / 08 Noyabr 2026
119
12:47 / 08 Noyabr 2026
250
12:46 / 08 Noyabr 2026
107
12:39 / 08 Noyabr 2026
106
12:35 / 08 Noyabr 2026
607
12:29 / 08 Noyabr 2026
130
12:28 / 08 Noyabr 2026
128
12:27 / 08 Noyabr 2026
117
12:22 / 08 Noyabr 2026
121
12:17 / 08 Noyabr 2026
113
12:16 / 08 Noyabr 2026
130
12:14 / 08 Noyabr 2026
139
12:05 / 08 Noyabr 2026
278
11:59 / 08 Noyabr 2026
769
11:52 / 08 Noyabr 2026
208
11:48 / 08 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.