Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
239
13.10.2026, 20:06
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üzrə qrant müsabiqəsi çərçivəsində Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərilib.
Oxu24.com xəbər verir ki, müəllim Ülkər Verdiyeva Bişkek şəhərində Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada və Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dilini tədris edir.
Dərslər əsasən kommunikativ və praktik yanaşma əsasında təşkil olunur. Şagirdlərin gündəlik ünsiyyət, danışıq, dinləyib-anlama, oxu və yazı bacarıqlarının inkişafına diqqət yetirilir. Bununla yanaşı, Azərbaycan dili dərslərində ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı materiallardan istifadə olunur.
Layihənin əsas məqsədlərindən biri şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı, Azərbaycan haqqında məlumatlılığın artırılması, dilimizin və mədəni irsimizin tanıdılmasıdır.
Azərbaycandan Qırğızıstana ilk dəfə müəllimin göndərilməsi xarici ölkələrdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, eləcə də Azərbaycan–Qırğızıstan arasında təhsil və mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətli addımdır.Axar.az
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.