Noyabrın 5-i ilə bağlı rəsmi xəbərdarlıq
04 Noyabr 2026, 21:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
303
13.10.2026, 17:48
Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin həbsdə olan sabiq şöbə müdiri Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Oxu24.com xəbər verir ki, məhkəmə müraciəti təmin edib. Hüseyn Seyidov 1 il 7 ay müddətinə çəkilçəmiş cəzadan vaxtından əvvəl azad olunub. Məhkəmə, həmçinin onun 2 il müddətinə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə növündə əlavə cəzadan tamamilə azad edilməsi barədə də qərar qəbul edib.
O, cəza çəkdiyi müəssisədən azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq şöbə müdiri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü dəyişdirərək cəzanı azaldıb.
Hüseyn Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülsə də, sonradan iki maddə üzrə cinayət təqibinə xitam verilib. Onun təqsiri yalnız Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə sübuta yetirilib.
21:13 / 04 Noyabr 2026
1
21:04 / 04 Noyabr 2026
30
21:03 / 04 Noyabr 2026
36
21:00 / 04 Noyabr 2026
46
20:58 / 04 Noyabr 2026
39
20:51 / 04 Noyabr 2026
44
20:47 / 04 Noyabr 2026
56
20:44 / 04 Noyabr 2026
94
20:41 / 04 Noyabr 2026
64
20:33 / 04 Noyabr 2026
191
20:28 / 04 Noyabr 2026
113
20:26 / 04 Noyabr 2026
103
20:21 / 04 Noyabr 2026
70
20:13 / 04 Noyabr 2026
81
20:08 / 04 Noyabr 2026
167
19:57 / 04 Noyabr 2026
114
19:55 / 04 Noyabr 2026
104
19:55 / 04 Noyabr 2026
168
19:25 / 04 Noyabr 2026
98
19:18 / 04 Noyabr 2026
5049
19:17 / 04 Noyabr 2026
78
19:00 / 04 Noyabr 2026
93
18:41 / 04 Noyabr 2026
1512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.