Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7756
13.10.2026, 10:25
Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşları ilə görüş keçirilib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hakimlik vəzifələrinə seçilmələri ilə əlaqədar keçirilmiş müsabiqədə uğur qazanan 2 nəfər prokurorluq işçisi Prezidentin 10 oktyabr 2026-cı il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.
Sərəncama əsasən Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas İslamzadə Vüqar Səyyar oğlu Tovuz Rayon Məhkəməsinin hakimi və Qax rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Əhmədli Səxavət Böyükağa oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin ediliblər.
Bu münasibətlə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun rəhbərliyi ilə 12 oktyabr 2026-cı il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.
Tədbir zamanı Elçin Məmmədov yeni təyin edilmiş hakimləri təbrik edib, prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.