Azərbaycanın bu kəndlərinə QAR YAĞIR
09 Noyabr 2026, 17:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3110
12.10.2026, 19:05
Məktəblərdə vahid geyim qaydalarına əməl olunması şagirdlər arasında intizamın qorunması, sosial fərqlərin ön plana çıxmaması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından cəmiyyətin diqqət mərkəzindədir. Bu qaydaların qorunması eyni zamanda milli-mənəvi dəyərlərin və məktəb mədəniyyətinin düzgün istiqamətdə inkişafına təsir göstərir. Məsələ ilə əlaqədar olaraq uşaqların tərbiyəsi, davranışı və məktəb mühitindəki qarşılıqlı münasibətlər geniş müzakirə olunur. Ölkəmizdə müxtəlif etnik qrupların və dini baxışların nümayəndələrinin bir arada yaşadığı nəzərə alınarsa, məktəb divarları daxilindəki nizam-intizam daha da aktuallıq qazanır.
Baba Vəziroğlu: "Bu qərar gecikmiş qərardır"
Mövzu ilə bağlı Oxu24.com-a danışan Əməkdar İncəsənət Xadimi, şair, “Şərəf” ordeni laureatı Baba Vəziroğlu bildirib ki, məktəblərdə vahid geyim qaydaları hərtərəfli düşünülmüş və vaxtında verilmiş düzgün qərardır:
"Hətta mən deyərdim ki, bu vaxtı keçmiş qərardır. Çünki bu, doğrudan da bu qərar çoxdan verilməli idi”.
Şair qeyd edib ki, Azərbaycan çoxetnikli, müxtəlif dini baxışlara və milli mentalitetə malik xalqların yaşadıqları azad məmləkətdir:
“İnsanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı vardır. Lakin məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə alınmalıdır, çünki məktəb dini və ya milli məbəd deyil, təhsil məbədidir. Məktəb insanlara işıq verən, ziya verən bir məbəddir”.
"Hər kəs məktəb nizam-intizamına hörmətlə yanaşmalıdır"
Baba Vəziroğlu vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir kəs məktəbə öz dini baxışlarını, təriqətini və ya inancını apara bilməz:
”Məktəb divarları arasında təhsil məbədiyinin öz konkret azadlıqları çərçivəsində qaydalar olmalıdır.
Ölkəmizdə müxtəlif etnik qruplar yaşayır, lakin əgər kimsə məktəbə dəbilqə, nizə və ya xüsusi atributlarla gəlməli olduğunu düşünürsə, bu, sadəcə gülməlidir.
Məktəb – elm, təhsil, ziya ocağıdır və bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalıdır.
Bu hörmət həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də o məktəbə ayaq basan hər kəsə şamil olunmalıdır”.
Çimnaz Telmanqızı
17:22 / 09 Noyabr 2026
1
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.