Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artisti DANIŞDI: Uşaqlar məktəbə vahid formada gəlməlidirlər

Xalq artisti DANIŞDI: Uşaqlar məktəbə vahid formada gəlməlidirlər

CƏMİYYƏT

529

12.10.2026, 16:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mən hesab edirəm ki, Azərbaycan çox tolerant ölkədir. Burada hər kəsin dini inancına hörmətlə yanaşılır. Nə gözəldir ki, biz belə bir ölkədə yaşayırıq. Mən özüm də Allaha inanan, Allahın evinə gedən bir insanam. Mənim üçün əsas insanın qəlbinin təmiz olması, yaxşılıq etməsi və başqalarına hörmətlə yanaşmasıdır.

Bu sözləri Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, baletmeyster, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova Oxu24.com saytına açıqlamasında bildirib.

Xalq artisti əlavə edib ki, məktəbli formasına gəlincə, mən düşünürəm ki, uşaqlar məktəbə vahid formada gəlməlidirlər. Məktəb ilk növbədə təhsil ocağıdır. Uşaq ora bilik qazanmağa, öyrənməyə gedir. Forma uşaqlarda intizam hissinin formalaşmasına və geyimə görə fərqlərin azalmasına kömək edir. 

Təranə Muradovanın sözlərinə görə, amma burada bir məqam da var: uşağa təkcə xarici görünüşü ilə deyil, davranışı və tərbiyəsi ilə də nümunə olmağı öyrətməliyik. Uşağın tərbiyəsi isə ilk növbədə ailədən başlayır. Valideyn övladına düzgün yol göstərməli, müəllim isə onun həm bilikli, həm də tərbiyəli insan kimi yetişməsinə kömək etməlidir. Biz uşaqlarımıza tariximizi, mədəniyyətimizi, milli adət-ənənələrimizi öyrətməliyik. 

Baletmeyster qeyd edib ki, Azərbaycan zəngin tarixə, özünəməxsus mədəniyyətə və gözəl ənənələrə malik ölkədir. Milli dəyərlərimizi qorumaqla yanaşı, uşaqlarımızın müasir biliklərə yiyələnməsinə, savadlı və dünyagörüşlü insanlar kimi yetişməsinə də çalışmalıyıq. Əsas odur ki, gələcəyimizi düzgün tərbiyə almış, elmli və vətəninə bağlı gənclərlə quraq.Dünyəvilik dinə qarşı olmaq demək deyil. İnsan həm Allaha inana, həm də müasir, savadlı bir cəmiyyətin üzvü ola bilər. Vacibiyyət budur ki, bir-birimizin inancına hörmət edək və uşaqlarımıza da bunu öyrədək.

Turan Etibaroğlu