Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1004
12.10.2026, 10:57
Məktəblərdə vahid geyim qaydalarına riayət edilməməsi hansı fəsadlara yol açır? – AÇIQLAMA
Orta məktəblərdə vahid geyim qaydalarına riayət olunması şagirdlər arasında nizam-intizamın qorunması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından ən mühüm məsələlərdən biridir.
Bu tələb sadəcə inzibati qayda deyil, eyni zamanda gənc nəslin mənəvi formalaşmasına xidmət edən yüksək mədəniyyət göstəricisidir.
Vahid məktəbli forması şagirdlər arasında sosial və mənəvi bərabərliyi təmin edir, onları fərqli sosial fərqliliklərdən uzaq tutur. Şagirdlərin geyimi onların təfəkkürünə və mənəvi dünyasına birbaşa təsir göstərdiyi üçün bu qaydalara bəri başdan riayət olunması vacibdir.
Lakin bəzən məktəblərdə geyim qaydalarının pozulması, xüsusilə yeniyetməlik dövründə uyğun olmayan geyimlərin geyilməsi müşahidə edilir. Eyni zamanda fərdi həyat tərzini əks etdirən dini və ya digər fərdi elementlərin məktəb mühitinə gətirilməsi də doğru hesab edilmir.
Məktəb fərdi yaşantıların deyil, ümumi təhsil və tərbiyənin mərkəzidir. Şagirdlər burada təkcə bilik almaqla kifayətlənmir, həm də gələcəyin şəxsiyyəti kimi yetişirlər. Şəxsiyyət kimi formalaşma dövründə mənfi meyilləri təqlid etməyin qarşısı qətiyyətlə alınmalıdır. Dövlətin və Nazirlər Kabinetinin qoyduğu qaydalara əməl etmək gələcəyimizin sağlam formalaşması üçün mütləqdir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, orta məktəblərdə ümumi geyim formasına riayət olunması böyük əhəmiyyət kəsb edir:
“Orta məktəblərdə ümumi geyim formasına riayət olunması çox vacibdir. Bu, təkcə nizam-intizam deyil, həm də yüksək mədəniyyətdir və biz bu mədəniyyətə yeniyetmələrimizi bəri başdan öyrətməliyik. Burada həm sosial bərabərlik, həm mənəvi bərabərlik gözlənilir. Çünki geyim nəticə etibarilə mənəviyyata gətirib çıxarır”
Akademikin sözlərinə görə, uşağın (xüsusilə yeniyetmə qızların) məktəbə çox çılpaq şəkildə gəlməsi nöqsandır. Ya da hicabla gəlirsə, bu da nöqsandır. Çünki bu cür məsələlər fərdi yaşantılar, fərdi əhval-ruhiyyə və fərdi həyat tərzi ilə bağlıdır. Bunları ictimai yerə, xüsusilə məktəbə gətirmək olmaz:
“Məktəb elə yerdir ki, buradan uşaqlar təlimlə yanaşı tərbiyə alıb çıxırlar, gələcəyə hazırlanırlar, şəxsiyyət olurlar. Şəxsiyyət olmamışdan əvvəl hər hansı mənfi xüsusiyyətləri qəbul etməmək və ya onları təqlid etməmək lazımdır. Məktəb buna icazə verməməlidir. Nazirlər Kabinetinin qərarına əməl olunmalıdır və deyilənlər yerinə yetirilməlidir — əgər biz gələcəyimizin, uşaqlarımızın normal olmasını istəyiriksə”.
Çimnaz Telmanqızı
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.