Qaz limitləri ilə bağlı YENİ TƏKLİF
13 Oktyabr 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
473
11.10.2026, 21:42
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Məktəb yalnız bilik məkanı deyil
Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlər arasında münasibətlərin tənzimlənməsi və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir: “Azərbaycan dünyəvi dövlətdir. Bu, sadəcə hüquqi status deyil, cəmiyyətin təşkilatlanma fəlsəfəsidir. Məktəb isə bu fəlsəfənin ən həssas tətbiq olunduğu məkanlardan biridir. Burada uşaqlar yalnız riyaziyyat və ya ədəbiyyat öyrənmir, onlar şəxsiyyət, vətəndaş kimi formalaşır, ortaq qaydalara hörmət etməyi mənimsəyirlər. Məhz buna görə də məktəbli forması anlayışı hüquqi aktlarda yer alıb. Bu, sosial bərabərliyin, neytrallığın və vahid mühitin təminatıdır. Şagirdlərin eyni geyim standartlarına əməl etməsi onların məktəb kollektivinə mənsubiyyətini gücləndirəcək, ümumi qaydalara hörmət və məsuliyyət hissinin inkişafına kömək edəcək. Məktəbdə hər kəsin əməl etməli olduğu aydın tələblərin mövcudluğu uşaqlara fərdi istəklərlə kollektiv maraqlar arasında tarazlıq yaratmağı da öyrədir. Təhsil müəssisələrində nizam-intizamın qorunması yalnız inzibati tədbirlərlə məhdudlaşmamalı, şagirdlərdə qaydalara şüurlu münasibətin formalaşdırılmasını da əhatə etməlidir”.
Geyim qaydaları sosial fərqlərin təsirini azalda bilər
Deputat qeyd edib ki, vahid məktəbli forması şagirdlər arasında geyim üzərindən müqayisələrin, maddi imkanların nümayişinin və bunun nəticəsində yarana biləcək ayrı-seçkilik hallarının aradan qaldırılmasına şərait yaradacaq: “Uşaqların məktəb mühitində geyimlərinə deyil, biliklərinə, bacarıqlarına və şəxsi keyfiyyətlərinə görə fərqlənməsi üçün bərabər imkanların yaradılması vacibdir. Vahid forma bu baxımdan əhəmiyyətli rol oynayacaq. Məktəbdaxili qaydalara əməl olunması şagirdlərin vəzifəsi olmaqla yanaşı, valideynlərin də məsuliyyətli iştirakını tələb edir. Ailə ilə məktəb arasında əməkdaşlıq tələblərin formal şəkildə deyil, şagirdlər tərəfindən mahiyyətcə mənimsənilməsinə kömək edəcək. Vahid geyim qaydalarının əsas məqsədi təhsil prosesinin təşkilinə, qarşılıqlı hörmətə və sağlam sosial mühitin formalaşmasına töhfə verməkdir”.
Elnarə Akimova qeyd edib ki, məktəb qapısından içəri daxil olan uşaq hər şeydən əvvəl şagirddir: “Onun üzərində hər hansı simvolun daşınması bu neytrallığı poza bilər. Məktəb hamı üçün görünüşdə də, qaydalarda da, yanaşmada da eyni olmalıdır”.
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.