Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
10 Noyabr 2026, 13:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
451
08.10.2026, 15:16
Son illərdə insanlar məlumat axtarmaqla yanaşı, dərdlərini danışmaq, məsləhət almaq və hətta sadəcə söhbət etmək üçün süni intellektə müraciət edirlər.
Qarşı tərəfin yorulmaması, mühakimə etməməsi və istənilən vaxt cavab verməsi “ChatGPT”ni bir çoxları üçün real insandan daha rahat ünsiyyət vasitəsinə çevirir.
Süni intellektin daim əlçatan və fərdiləşdirilmiş cavablar verməsi onun real ünsiyyətə alternativ olub-olmaması sualını aktuallaşdırır. Bu tendensiyanın texnoloji və psixoloji baxımdan hansı riskləri daşıdığı cəmiyyət üçün böyük maraq doğurur.
Süni intellekt insan ünsiyyətini təqlid edə bilsə də, insan münasibətlərinə xas olan emosional qarşılığı təmin edə bilmir. Müasir dil modelləri istifadəçinin əvvəlki mesajlarını və kontekstini nəzərə alaraq fərdi cavablar yaradır.
Bu isə istifadəçilərdө süni intellektin onları həqiqətən tanıdığına dair yanlış təəssürat formalaşdırır. Əslində isə bu sistemlər sadəcə olaraq məlumatları yadda saxlayır və mövcud kontekst əsasında cavablar formalaşdırır.
Digər tərəfdən, alqoritmlərin istifadəçi ilə razılaşmağa meyilli olması psixoloji qərarlar baxımından təhlükələr yaradır.
Mövzu ilə bağlı İT mütəxəssisi Natiq Məmişov Oxu24.com-a açıqlamasında süni intellektin insan həyatına təsirləri, texnoloji riskləri və ünsiyyət vərdişlərində yaratdığı dəyişikliklərlə bağlı mühüm məqamları diqqətə çatdırıb.
Mütəxəssis bildirib ki, süni intellekt insan münasibətlərindəki xüsusi emosional qarşılığı və sosial məsuliyyəti həmişə təmin edə bilmir:
“İstifadəçi ilə süni intellekt arasındakı ünsiyyət zamanı insan qarşı tərəfdən emosional cavab gözləyə bilər, lakin süni intellekt daha çox əvvəlki təcrübələrə əsaslanan qanunauyğunluqlarla cavab verir”.
Onun sözlərinə görə, müasir dil modelləri istifadəçinin əvvəlki mesajlarını nəzərə alaraq fərdi üstünlüklərə uyğun cavablar formalaşdırır ki, bu da insanlarda hər şeyi anladığına dair yanlış təəssürat yaradır.
Natiq Məmişov qeyd edib ki, alqoritmlərin razılaşmağa meyilli olması səbəbindən süni intellekt sistemləri bəzən istifadəçinin fikirlərini tənqidi qiymətləndirmir, əksinə gözləntilərinə uyğun cavablar verir:
“Bu insanın şəxsi münasibətləri, psixoloji vəziyyəti və ümumi həyati qərarlarında təhlükəli nəticələr doğura bilər.
Şəxsi həyat, ailə münasibətləri və emosional vəziyyətlə bağlı məlumatların süni intellektə ötürülməsi məxfilik risklərini artırır, bu məlumatların qorunması isə vacib texnoloji məsələlərdən biridir”.
Sonda mütəxəssis əlavə edib ki, gələcəkdə əsas məsələ süni intellektin insan ünsiyyətini tam əvəz etməsi deyil, insanların bu texnologiyadan istifadə edərkən real münasibətlərlə balansı necə qoruyacağıdır.
Unutmayaq ki, süni intellekt suallara cavab tapmaq, mürəkkəb məsələləri anlamaq və ya məlumat toplamaq üçün mükəmməl vasitədir. Lakin o, heç vaxt real insan münasibətlərinin, səmimi ünsiyyətin və qarşılıqlı emosional dəstəyin yerini verə bilməz. Rəqəmsal dövrün gətirdiyi rahatlıqlardan faydalanarkən şəxsi sərhədləri qorumaq, məxfiliyə diqqət yetirmək və real həyatdakı sosial əlaqələri itirməmək hər bir istifadəçi üçün həyati əhəmiyyət daşıyır.
Çimnaz Telmanqızı
13:44 / 10 Noyabr 2026
1
13:38 / 10 Noyabr 2026
43
13:26 / 10 Noyabr 2026
146
13:24 / 10 Noyabr 2026
67
13:20 / 10 Noyabr 2026
134
13:05 / 10 Noyabr 2026
101
13:00 / 10 Noyabr 2026
101
12:37 / 10 Noyabr 2026
241
12:31 / 10 Noyabr 2026
97
12:21 / 10 Noyabr 2026
400
12:18 / 10 Noyabr 2026
114
12:04 / 10 Noyabr 2026
116
12:00 / 10 Noyabr 2026
277
11:45 / 10 Noyabr 2026
2060
11:42 / 10 Noyabr 2026
99
11:39 / 10 Noyabr 2026
120
11:28 / 10 Noyabr 2026
118
11:16 / 10 Noyabr 2026
211
11:04 / 10 Noyabr 2026
121
10:45 / 10 Noyabr 2026
135
10:39 / 10 Noyabr 2026
915
10:32 / 10 Noyabr 2026
118
10:28 / 10 Noyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.