Qaz limitləri ilə bağlı YENİ TƏKLİF
13 Oktyabr 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
221
07.10.2026, 22:50
Bu ay Bakının Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, həmçinin Xətai rayonunun mərkəzə yaxın ərazilərində daşınmaz əmlakın qiymətində artım gözlənilir.
Oxu24.com xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, bu rayonlarda infrastrukturun yenilənməsi, söküntü işlərinin aparılması və əhalinin daha çox cəmləşməsi qiymət artımını şərtləndirən əsas amillərdəndir. Yeni ailələrin yaranması və dərs ilinin başlaması da bazarda alıcı və kirayəçi tələbinə təsir göstərir.
"Yeni tikintilərin maya dəyərinin artması, torpaq sahələrinin məhdudluğu və daşınmaz əmlakın investisiya cəlbediciliyini qoruması il ərzində qiymətlərin davamlı yüksəlməsinə şərait yaradır. Payız aylarında alıcı və kirayəçi tələbinin artması da satış qiymətlərinə təsir edir", - deyə V.Oruc bildirib.
AQC sədri qeyd edib ki, oktyabrda, eləcə də noyabr və dekabr aylarında bahalaşmanın ilk növbədə torpaq sahələrində müşahidə olunacağı proqnozlaşdırılır. Torpaq təklifinin məhdudluğu bu əmlak növündə qiymət artımının digər əmlak növləri ilə müqayisədə daha yüksək olmasına səbəb ola bilər.
Onun sözlərinə görə, tikinti xərclərinin yüksəlməsi təməl mərhələsində olan binalardakı mənzillərin qiymətlərinə də təsir göstərəcək. Yeni tikililərdə isə tələbin artması əlavə bahalaşma amili kimi çıxış edir.
"Köhnə binaların sökülməsi, qəzalı vəziyyətdə olması və istismar müddətini başa vurması vətəndaşların yeni binalara üstünlük verməsinə gətirib çıxarır. Daha çox müraciət olunan istiqamət kimi yeni tikililərdə mənzillərin qiymətinin artacağı gözlənilir", - deyə o vurğulayıb.
V.Oruc fərdi yaşayış evlərində də bahalaşma gözlənildiyini bildirib. O, bunu həmin evlərin qiymətini formalaşdıran hər iki komponentin - torpağın və tikintinin dəyərinin artması ilə əlaqələndirib.
Ekspert kənd təsərrüfatı torpaqlarına da diqqət çəkərək, torpaqların konsolidasiyası ilə bağlı qərardan sonra böyük torpaq sahələrinin qiymətində ciddi artım gözlədiyini deyib.
Ucuzlaşma ehtimalına gəlincə, AQC sədrinin sözlərinə görə, daşınmaz əmlak bazarında hər hansı istiqamət üzrə kəskin qiymət enməsi proqnozlaşdırılmır. Bununla belə, qeyri-yaşayış sahələrində qiymət artımının daha zəif olacağı və qiymətlərin sabitliyə meyil göstərəcəyi gözlənilir.
O bildirib ki, bəzi obyektlərin bağlanması və biznes kreditləri üzrə faizlərin yüksək olması kommersiya sahələrinə tələbi müəyyən qədər azalda bilər.
"Bu amillər oktyabr, noyabr və dekabr aylarında qeyri-yaşayış sahələrinin qiymət artımını məhdudlaşdıra bilər. Bəzi hallarda bazara təklif olunan obyektlərin icarə qiymətlərində 5-7 faizlik güzəştlərin edilməsi də mümkündür", - deyə V.Oruc əlavə edib.
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.