Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
07.10.2026, 14:45
Azərbaycanda suvarma suyunun gecikdirilməsi fermerə aqrar sığorta ödənişi ilə kompensasiya olunur.
Oxu24.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, suvarma suyunun vaxtında verilməsi və fermerlərin hüquqlarının qorunması ilə bağlı məsələ bu gün aqrar sığorta çərçivəsində həllini tapıb: "Bir neçə hal olub ki, su fermerə vaxtında verilməyib və ya su təminatı gecikdirilib. Fermer isə aqrar sığorta çərçivəsində sonradan öz vəsaitini bərpa edə bilib. Üçüncü tərəflərin vurduğu zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır və bu məsələ hazırda tənzimlənir. Sadəcə, fermer öz məhsulunu üçüncü tərəflərin yarada biləcəyi risklərə qarşı sığortalamalıdır".
Nazir vurğulayıb ki, maya dəyərindən aşağı satma məsələsi ilə bağlı Aqrar Sığorta Fondu tərəfindən bazar qiymətlərinin sığortalanması mexanizmi təklifi var: "Həmin təklif hazırda dövlət qurumları arasında razılaşdırma mərhələsindədir. Təəssüf ki, razılaşdırmadan hələ tam keçməyib. Bu təklif razılaşdırıldıqdan sonra yəqin ki, müvafiq olaraq Nazirlər Kabinetinə, daha sonra Prezident Administrasiyasına və Milli Məclisə qanun dəyişiklikləri layihəsi təqdim olunacaq. Bundan sonra həmin məsələ də Aqrar Sığorta çərçivəsində həllini tapa bilər".
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.