10 noyabrda bizi nələr gözləyir? - ULDUZ FALI
09 Noyabr 2026, 21:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
07.10.2026, 10:43
"Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
O bildirib ki, Azərbaycan 2020-ci ilin noyabrından etibarən təhlükəsizlik çətinliklərinə və mina təhlükəsinə baxmayaraq axtarışlar həyata keçirib.
“Bunun nəticəsində 2 mindən çox erməni hərbçinin qalıqları Ermənistan tərəfinə təhvil verilib. Bu bizim məsuliyyətli humanitar yanaşmaya və münaqişə zamanı həlak olan bütün şəxslərə ləyaqətlə yanaşmağa sadiqliyimizi göstərir”, – deyə Fariz Rzayev bildirib.
Nazir müavini qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrindən sonra 4 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb.
“Minlərlə ailə üçün bu qeyri-müəyyənlik illərlə, hətta onilliklərlə davam edib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra insan qalıqlarının aşkar edildiyi bir sıra dəfn yerləri müəyyənləşdirilib. Qalıqlar tədqiq edilib, şəxslərin kimliyi müəyyənləşdirilib və onlar ləyaqətlə dəfn olunublar. Bu nəticələr həmin ailələr üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Bununla belə, itkinlərin böyük əksəriyyətinin taleyi hələ də məlum deyil”, – deyə o vurğulayıb.
Fariz Rzayev bildirib ki, mina və partlamamış hərbi sursatlar sahə işlərini təhlükəli etməkdə davam edir.
Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində səylər üçün hüquqi əsas yaradır: “Silahlı münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün mümkün olan tədbirləri görməli, müvafiq məlumatları təqdim etməli və paylaşmalı, həlak olanların axtarışını aparmalı, insan qalıqlarına hörmətlə yanaşmalıdırlar. Ailələrin yaxınlarının taleyini bilmək hüququ xoşməramlılıq əsasında göstərilən könüllü bir jest deyil. Araşdırma aparmaq və cavab vermək öhdəliyi hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da qüvvədə qalır”.
21:25 / 09 Noyabr 2026
49
21:22 / 09 Noyabr 2026
42
21:11 / 09 Noyabr 2026
65
21:01 / 09 Noyabr 2026
1396
20:59 / 09 Noyabr 2026
101
20:47 / 09 Noyabr 2026
67
20:42 / 09 Noyabr 2026
141
20:39 / 09 Noyabr 2026
138
20:27 / 09 Noyabr 2026
80
20:25 / 09 Noyabr 2026
692
20:14 / 09 Noyabr 2026
251
20:12 / 09 Noyabr 2026
128
20:11 / 09 Noyabr 2026
133
20:10 / 09 Noyabr 2026
188
20:06 / 09 Noyabr 2026
104
19:53 / 09 Noyabr 2026
115
19:52 / 09 Noyabr 2026
317
19:44 / 09 Noyabr 2026
172
19:44 / 09 Noyabr 2026
178
19:27 / 09 Noyabr 2026
101
19:25 / 09 Noyabr 2026
232
19:19 / 09 Noyabr 2026
148
19:15 / 09 Noyabr 2026
192
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.