Maaşlarla bağlı QƏRAR
05 Noyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
314
07.10.2026, 10:23
“Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir”.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir.
Açıqlamada bildirilib ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.
“Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.
Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır”, - açıqlamada qeyd olunub.
12:56 / 05 Noyabr 2026
1
12:51 / 05 Noyabr 2026
32
12:41 / 05 Noyabr 2026
135
12:40 / 05 Noyabr 2026
55
12:39 / 05 Noyabr 2026
45
12:36 / 05 Noyabr 2026
71
12:27 / 05 Noyabr 2026
316
12:26 / 05 Noyabr 2026
64
12:16 / 05 Noyabr 2026
240
12:14 / 05 Noyabr 2026
69
12:11 / 05 Noyabr 2026
67
12:00 / 05 Noyabr 2026
72
11:48 / 05 Noyabr 2026
93
11:46 / 05 Noyabr 2026
91
11:42 / 05 Noyabr 2026
118
11:34 / 05 Noyabr 2026
425
11:32 / 05 Noyabr 2026
212
11:29 / 05 Noyabr 2026
282
11:21 / 05 Noyabr 2026
281
11:16 / 05 Noyabr 2026
176
11:07 / 05 Noyabr 2026
98
10:59 / 05 Noyabr 2026
115
10:54 / 05 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.