Müharibə veteranlarına ŞAD XƏBƏR!İki güzəştləri olacaq...
29 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
06.10.2026, 22:57
Ələtdə torpağa maraq son illərdə ciddi şəkildə artıb. Bunun əsas səbəbləri ərazinin liman, Ələt Azad İqtisadi Zonası və mühüm nəqliyyat dəhlizlərinə yaxınlığıdır.
Oxu24.com-un araşdırmasına görə, 2022-ci ildə Ələtin Kötəl massivində 6 sot torpaq 12 min manata, yəni sotuna 2 min manata təklif olunub. 2023-cü ildə 7 sot torpaq 17 min manata - sotuna 2 428 manata satışa çıxarılıb.
2025-ci ildə isə Ələtin Şıxlar massivində 5 sot torpaq 11 min manata, yəni 2 200 manat/sot qiymətinə təklif edilib. 2026-cı ildə isə limana və Ələt Azad İqtisadi Zonasına yaxın 5 sot torpaq üçün 15 min manat, yəni 3 000 manat/sot tələb olunur.
Beləliklə, müqayisə etdiyimiz elanlarda 2022-ci ildən 2026-cı ilə qədər bir sotun qiyməti 2 000 manatdan 3 000 manata yüksəlib. Bu, 50 faiz artım deməkdir.
Amma Ələtdə qiymətlər eyni deyil. Böyük sahələrdə bir sotun qiyməti daha aşağı ola bilər. Məsələn, 2026-cı ildə 123 sot torpaq 70 min manata, 520 sot isə 320 min manata təklif edilib. Bu sahələrdə bir sotun qiyməti müvafiq olaraq 569 və 615 manat təşkil edir.
Qiymət fərqinin əsas səbəbləri torpağın yerləşdiyi ərazi, sənədləri, təyinatı, yola çıxışı və limanla Ələt Azad İqtisadi Zonasına yaxınlığıdır.
Ələtin üstünlüyü isə ondadır ki, ərazi artıq yalnız yaşayış məntəqəsi kimi deyil, logistika, sənaye və biznes mərkəzi kimi inkişaf edir. Bu da torpağı investorlar üçün daha cəlbedici edir. Əgər ərazidə logistika və sənaye layihələri genişlənərsə, xüsusilə əsas yollara, limana və iqtisadi zonaya yaxın torpaqlara tələbin daha da artması mümkündür.
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov
01:20 / 29 Oktyabr 2026
62
01:13 / 29 Oktyabr 2026
35
00:04 / 29 Oktyabr 2026
221
23:58 / 28 Oktyabr 2026
75
23:54 / 28 Oktyabr 2026
21523
23:53 / 28 Oktyabr 2026
184
23:46 / 28 Oktyabr 2026
89
23:33 / 28 Oktyabr 2026
206
23:20 / 28 Oktyabr 2026
141
23:19 / 28 Oktyabr 2026
485
23:14 / 28 Oktyabr 2026
76
23:10 / 28 Oktyabr 2026
100
22:50 / 28 Oktyabr 2026
1106
22:45 / 28 Oktyabr 2026
89
22:37 / 28 Oktyabr 2026
83
22:33 / 28 Oktyabr 2026
81
22:29 / 28 Oktyabr 2026
415
20:59 / 28 Oktyabr 2026
91
20:36 / 28 Oktyabr 2026
114
20:29 / 28 Oktyabr 2026
97
20:26 / 28 Oktyabr 2026
91
20:25 / 28 Oktyabr 2026
80
20:23 / 28 Oktyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.