EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
339
03.10.2026, 22:53
Azərbaycanda hazırda zeytun yığımı mövsümüdür. Elə bu mövsümdə Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalı keçiriləcək.
Oxu24.com xəbər verir ki, oktyabrın 23-25-də keçiriləcək festivalın qonaqlarını dadlı məhsullar, canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmaz ab-hava gözləyir.
Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.
Süfrələrimizin ayrılmaz neməti, bolluq və bərəkət rəmzi olan zeytun tədbirin əsas mövzusu olacaq, festival ərazisindəki pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim ediləcək. Zeytun yetişdirən insanların əməyinə, zeytunçuluq ənənələrinə və yerli məhsullara diqqət yönəltmək üçün gözəl fürsət yaranacaq.
Festivalın həm yerli, həm də xarici qonaqların sevimli gəzinti məkanlarından olan Dənizkənarı Milli Parkın ərazisində təşkili isə daha geniş ziyarətçi kütləsinə zeytun və zeytun məhsulları ilə yaxından tanışlıq imkanı verəcək.
Festival günlərində bulvarda maraqlı mədəni və əyləncəli proqram da təşkil ediləcək.
Üç gün davam edəcək festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsiz olacaq.
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.