Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2525
03.10.2026, 11:19
Gələn il Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq.
Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı açıqlama verib.
Dövlət başçısı sosial ödənişlərin artırılması ilə bağlı artıq müvafiq göstərişin verildiyini bildirib.
Oxu24.com bildirir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, dövlət başçısının açıqlaması növbəti sosial paketin gələn ilin əvvəlində reallaşacağı anlamına gəlir.
O bildirib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması mütəmadi xarakter almaqdadır:
“Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur”.
Vüqar Bayramov qeyd edib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu artımın 1 milyon 100 min vətəndaşı əhatə edəcəyi gözlənilir.
İqtisadçı bildirib ki, pensiyaların indeksləşdirilməsinin yeni müzakirə olunan dəyişikliklərə əsasən diferensial qaydada həyata keçirilməsi gözlənilir.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər pensiya sistemində sosial ödənişlərə və ödənilən sosial haqlara əsaslanan modelin genişləndirilməsini nəzərdə tutur:
“Hazırda mövcud qaydalara əsasən, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də əsas meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizi olacaq. Amma bununla belə, diferensial yanaşma tətbiq ediləcək”.
Vüqar Bayramov 2027-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılacaq vəsaitə də diqqət çəkib. O bildirib ki, sosial sferaya yönəldiləcək vəsaitin həcmi ümumi büdcə xərclərinin 44 faizini təşkil edəcək:
“Bu, 18,5 milyard manatdan çox vəsaitin sosial sahəyə yönəldilməsi deməkdir. Bu, yeni sosial paketin anonsudur”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.