İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
281
02.10.2026, 20:59
Paytaxtın Moskva prospekti və “20 Yanvar” metrostansiyası yaxınlığında fəaliyyət göstərən “manatlıq” taksilərin fəaliyyətinə məhdudiyyət qoyulması nəqliyyat hərəkətinin tənzimlənməsi baxımından geniş müzakirələrə səbəb olub. Uzun illərdir şəhərətrafı istiqamətlərə gedən vətəndaşlar üçün bu xidmət həm münasib qiymətli, həm də əlçatan alternativlərdən biri hesab olunurdu. Bununla belə, yolun hərəkət hissəsində nizamsız dayanma, ikinci cərgədə sərnişin mindirib-düşürmə və təhlükəsizlik qaydalarının pozulması ərazidə ciddi nəqliyyat sıxlığı yaradırdı.
Qanunsuz sərnişindaşımanın qarşısının alınması vacib addım olsa da, illərlə formalaşmış real sərnişin tələbatını yalnız qadağalarla aradan qaldırmaq mümkün deyil. Alternativ ictimai nəqliyyatın daşıma qabiliyyəti əvvəlcədən artırılmadıqda, pik saatlarda avtobus və metroda kəskin sıxlığın yaranacağı gözləniləndir. Bu vəziyyət xüsusilə şəhərətrafı ərazilərdən hər gün mərkəzə gələn sakinlərin gündəlik xərclərinin artmasına və büdcələrinə əlavə maliyyə yükünün düşməsinə gətirib çıxara bilər. Məsələnin həlli üçün qadağalarla yanaşı, sərnişinlər üçün təhlükəsiz, idarəolunan və qanuni alternativlərin eyni vaxtda təmin edilməsi tələb olunur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, həmin ərazidə atılan addımlara yalnız taksi fəaliyyətinin qarşısının alınması kimi deyil, bütövlükdə sərnişindaşıma sisteminin təşkili baxımından yanaşılmalıdır:
“Qanunsuz sərnişindaşıma, yolun hərəkət hissəsində nizamsız dayanma, ikinci cərgədə sərnişin mindirib-düşürmə, avtobusların hərəkətinə maneə yaratma və texniki təhlükəsizlik tələblərinə əməl olunmaması kimi halların qarşısı alınmalıdır. Heç bir sərnişindaşıma xidməti nəzarətdən kənarda fəaliyyət göstərməməli, sürücünün və nəqliyyat vasitəsinin qanunvericiliyin tələblərinə uyğunluğu təmin edilməlidir”.
Ekspertin sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, illərlə formalaşmış sərnişin tələbatını yalnız qadağa tətbiq etməklə aradan qaldırmaq mümkün deyil. Əgər həmin avtomobillər hər gün yüzlərlə sərnişin daşıyırdısa, deməli, bu xidmətə real tələbat mövcuddur.
Ekspert vurğulayıb ki, bu nəqliyyat vasitələri ərazidən çıxarıldıqdan sonra sərnişin axını avtomatik olaraq avtobuslara, metroya və digər taksi xidmətlərinə yönələcək:
“Əgər alternativ ictimai nəqliyyatın daşıma qabiliyyəti əvvəlcədən artırılmasa, pik saatlarda avtobuslarda sıxlıq, dayanacaqlarda gözləmə müddətinin uzanması və sərnişinlərin daha baha taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalması mümkündür. Xüsusilə şəhərətrafı ərazilərdə yaşayan insanlar üçün gediş haqqı ciddi sosial məsələdir. Bir sərnişinin gündəlik nəqliyyat xərcinin bir neçə manat artması aylıq hesablandıqda ailə büdcəsinə nəzərəçarpacaq əlavə yük yaradır”.
Adil Nəbiyev qeyd edib ki, belə qərarlar qəbul edilərkən daşınan sərnişin sayı, əsas hərəkət istiqamətləri, pik saatlarda yaranan tələbat və mövcud avtobusların tutumu əvvəlcədən dəqiq təhlil olunmalıdır:
“Daha səmərəli yanaşma sərnişinin alternativini əlindən almaq deyil, həmin alternatvi qanuni və təhlükəsiz formaya salmaqdır. Müəyyən tələblərə cavab verən daşıyıcıların qeydiyyata alınması, onlar üçün xüsusi dayanma və sərnişin mindirib-düşürmə məntəqələrinin yaradılması, texniki vəziyyətə və sürücülərin fəaliyyətinə nəzarətin gücləndirilməsi nəzərdən keçirilə bilər. Bununla həm nizamsızlıq aradan qaldırıla, həm də sərnişinin münasib qiymətli nəqliyyata çıxışı qorunar”.
Nəqliyyat eksperti sonda əlavə edib ki, 20 Yanvar kimi böyük nəqliyyat qovşaqlarında qərarlar kompleks şəkildə qəbul edilməlidir:
“Əgər ‘manatlıq’ taksilərin fəaliyyəti dayandırılırsa, paralel olaraq həmin istiqamətlər üzrə avtobusların sayı və hərəkət intervalı tələbat dərəcəsinə uyğunlaşdırılmalı, pik saatlarda əlavə nəqliyyat vasitələri xəttə buraxılmalıdır. Ən doğru yanaşma qadağa ilə alternativin eyni vaxtda tətbiq olunması, sərnişin tələbatının real göstəricilər əsasında öyrənilməsi və həmin tələbatı ödəyəcək qanuni, təhlükəsiz və münasib qiymətli nəqliyyat imkanlarının yaradılmasıdır”.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
96
22:52 / 24 Oktyabr 2026
80
22:34 / 24 Oktyabr 2026
76
22:14 / 24 Oktyabr 2026
72
22:05 / 24 Oktyabr 2026
240
21:42 / 24 Oktyabr 2026
1254
21:28 / 24 Oktyabr 2026
81
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
81
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
789
20:12 / 24 Oktyabr 2026
90
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
121
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
101
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
358
18:13 / 24 Oktyabr 2026
491
18:07 / 24 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.