Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
02.10.2026, 19:29
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda A və B növü vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edilib.
DİM-dən Oxu24.com -a bildirilib ki, test imtahanları noyabrın 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC, eləcə də B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək.
İmtahanlar elektron formada kompüter vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. BA və BB qruplarına uyğun vəzifələr üzrə imtahan saat 10:00-da, AB və AC qruplarına uyğun vəzifələr üzrə isə saat 16:00-da başlayacaq.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 22-dək davam edəcək.
Namizədlər qeydiyyatdan keçmək üçün DİM-in portalında "Şəxsi kabinet" yaratmalıdırlar. Şəxsi kabineti olmayan namizədlər əvvəlcə kabinet yaratmalı, daha sonra imtahanda iştirak haqqını ödəməlidirlər.
Qeydiyyat şəxsi kabinet yaradıldıqdan və müvafiq məbləğ hesaba daxil edildikdən sonra DİM-in "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" platforması vasitəsilə həyata keçirilir.
Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədin ödədiyi məbləğ geri qaytarılmır.
İmtahanlarda iştirak üçün ödəniş tarifləri və qeydiyyatla bağlı ətraflı məlumat DİM-in rəsmi internet saytında yerləşdirilib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.