Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1206
02.10.2026, 18:10
Ötən ilin səs-küylü əməliyyatlarından biri - 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunanlar həbsdən azad edilib.
Oxu24.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib.
Bu iş üzrə 10 nəfər - Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, liman xidmətinin rəisi Zaur Haşımov, liman briqadiri Fərrux Haqverdiyev, gömrük inspektorları - Heydər Eyvazlı və Tamerlan Axundzadə, Tahir Tahiri, Firuz Əliyev, Amil Cəbrayılov və Rövşən Tarverdiyev mühakimə olunur. Onlardan 6-sı həbsdə idi.
Bu gün hakim Kamil Əliyevin qərarı ilə həbsdə olan 6 nəfər - Rəşad Daşdəmirov, Zaur Haşımov, Fərrux Haqverdiyev, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə ev dustaqlığına buraxılıb.
İş üzrə məhkəmə araşdırması isə davam edir.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu işlə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri, məşhur iş adamı Ruslan Eyyubov da həbs edilmişdi. İlkin istintaqın sonunda o, ev dustaqlığına buraxılıb, cinayət işi başqa icraata ayrılıb.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər, xüsusilə ağır cinayət hesab olunur. qafqazinfo
23:28 / 13 Noyabr 2026
13
23:22 / 13 Noyabr 2026
32
23:17 / 13 Noyabr 2026
43
23:09 / 13 Noyabr 2026
54
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
64
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
427
21:43 / 13 Noyabr 2026
818
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
121
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
117
20:50 / 13 Noyabr 2026
1136
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
115
20:35 / 13 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.