Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
04 Oktyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
172
02.10.2026, 14:43
Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hikmət Vəlizadə və Vüqar Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, hər iki şəxsə Amnistiya aktı tətbiq edilib, barələrində olan azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Hikmət Vəlizadə və Vüqar Hüseynov hər ikisi iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən verilən apellyasiya protesti təmin edilib, onlar barəsində olan cəza dəyişdirilib, hər iki şəxs məhkəmə zalında həbs edilib.
Hər iki şəxs Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək onları həbsdən azad edib. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsininə göndərilib.
Qeyd edək ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, özəl klinikalar, restoranlar və digər obyektlərin qarşısında parklanmanın təşkilinə icazə almaq üçün Bakı Nəqliyyat Agentliyinin vəzifəli şəxslərinə külli miqdarda rüşvət verilib.
“Avrasiya Hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə verilib. Klinikanın rəhbərliyi həmin ərazidə sıxlığın azalmasını istəyib. Bakı Nəqliyyat Agentliyinin vəzifəli şəxsləri uyğun addım atmaq üçün klinika rəhbərliyindən rüşvət alıblar. Bundan sonra həmin küçədə “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb və avtomobillər üçün hərəkət birtərəfli olub.
“New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazə verilməsi üçün 5 min manat alınıb.
İttihamda qeyd edilir ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmanın təşkilinə icazə verilməsi üçün BNA-ya rüşvət verib.
Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Nazirlər Kabineti yanında yaradılıb.
Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. 2023-cü il aprelin 19-da BNA ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.
17:35 / 04 Oktyabr 2026
1
17:30 / 04 Oktyabr 2026
37
17:23 / 04 Oktyabr 2026
43
17:20 / 04 Oktyabr 2026
33
16:58 / 04 Oktyabr 2026
631
16:56 / 04 Oktyabr 2026
82
16:55 / 04 Oktyabr 2026
64
16:53 / 04 Oktyabr 2026
68
16:51 / 04 Oktyabr 2026
54
16:49 / 04 Oktyabr 2026
49
14:30 / 04 Oktyabr 2026
85
14:04 / 04 Oktyabr 2026
119
14:00 / 04 Oktyabr 2026
91
13:55 / 04 Oktyabr 2026
69
13:44 / 04 Oktyabr 2026
239
13:40 / 04 Oktyabr 2026
75
13:30 / 04 Oktyabr 2026
66
13:15 / 04 Oktyabr 2026
86
12:55 / 04 Oktyabr 2026
89
12:48 / 04 Oktyabr 2026
264
12:31 / 04 Oktyabr 2026
91
12:13 / 04 Oktyabr 2026
1771
12:10 / 04 Oktyabr 2026
2294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.