Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
04 Oktyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
210
02.10.2026, 12:21
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində oktyabrın 1-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kazan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib.
İclasda “Ənənəvi ailə dəyərlərinin qorunması və yetkinlik yaşına çatmayanlar arasında qanunazidd məzmunun yayılmasının qarşısının alınması” mövzusunda çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasında ailə və uşaqların müdafiəsinin möhkəm konstitusion və qanunvericilik əsaslara malik olduğunu bildirib.
Baş prokuror qeyd edib ki, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir, uşaqların hüquqlarının, qanuni mənafelərinin və təhlükəsizliyinin təmin olunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Daha sonra o, uşaq hüquqlarının müdafiəsi, həmçinin azyaşlıların cinayətkar fəaliyyətə cəlb edilməsinin qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Habelə tədbir çərçivəsində 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prokurorluq orqanları əməkdaşları və veteranları rəsmi olaraq təbrik edilib.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyevlə Tacikistan Respublikasının Baş prokuroru Həbibullo Vohidzoda arasında ikitərəfli görüş keçirilib.
Görüşdə iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib, hüquqi əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, yeni əməkdaşlıq proqramının hazırlanaraq imzalanması barədə razılıq əldə edilib.
Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyevlə Qırğız Respublikasının Baş prokuroru Malik Bekturqanov arasında görüş keçirilib.
Tərəflər prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edərək, ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Qırğız tərəfi prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və rəqəmsallaşdırılması, eləcə də kibercinayətlərə qarşı mübarizə sahəsində ölkəmizin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib.
Bundan əlavə, Baş prokuror Kamran Əliyevlə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yeni təyin olunmuş icraçı katibi Aleksandr Gennadyeviç Bajenov arasında da görüş keçirilib. Baş prokuror Aleksandr Bajenovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, prokurorluq orqanlarında qazandığı peşəkar təcrübənin Şuranın fəaliyyətinə əlavə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın BPƏŞ-in fəaliyyətində fəal iştirakı, o cümlədən, qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir müddətində, həmçinin Baş prokuror Belarus, Qazaxıstan, Özbəkistan, Monqolustan, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrdən olan həmkarları ilə işçi görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.
Səfər çərçivəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Rusiya Federasiyası Prokurorluğunun Universitetinin Kazan hüquq İnstitutunda “Prokurorluğun rəqəmsal transformasiyası və peşəkar məsuliyyət” mövzusunda mühazirə ilə çıxış edərək Azərbaycan Prokurorluğunun bu sahədə təcrübəsi barədə dinləyicilərə geniş məlumat vermiş, panel müzakirələrdə iştirak edərək dinləyicilərin suallarını cavablandırmışdır.
Bununla da Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.
17:35 / 04 Oktyabr 2026
1
17:30 / 04 Oktyabr 2026
37
17:23 / 04 Oktyabr 2026
43
17:20 / 04 Oktyabr 2026
33
16:58 / 04 Oktyabr 2026
631
16:56 / 04 Oktyabr 2026
82
16:55 / 04 Oktyabr 2026
64
16:53 / 04 Oktyabr 2026
68
16:51 / 04 Oktyabr 2026
54
16:49 / 04 Oktyabr 2026
49
14:30 / 04 Oktyabr 2026
85
14:04 / 04 Oktyabr 2026
119
14:00 / 04 Oktyabr 2026
91
13:55 / 04 Oktyabr 2026
69
13:44 / 04 Oktyabr 2026
239
13:40 / 04 Oktyabr 2026
75
13:30 / 04 Oktyabr 2026
66
13:15 / 04 Oktyabr 2026
86
12:55 / 04 Oktyabr 2026
89
12:48 / 04 Oktyabr 2026
264
12:31 / 04 Oktyabr 2026
91
12:13 / 04 Oktyabr 2026
1771
12:10 / 04 Oktyabr 2026
2294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.