SOCAR nafta istehsalını 17 %-ə yaxın artırıb
14 Noyabr 2026, 19:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
317
01.10.2026, 21:31
Ramidə Yaqubqızı yazır:
Son dövrlər baş verən məlum proseslər nəticəsində cəmiyyətdə müəyyən bir fikir formalaşıb. "Uşaqlarınıza tərbiyə verin" şüarı daha çox səslənməyə başlayıb. Yetişən nəsl ipə-sapa yatmır, lazımsız hərəkətlərə yol verir. Bəziləri hətta, ədəbsizlik göstərir. Misal üçün ictimai yerlərdəki davranışları və digər halları əsas gətirirlər. Avtobusda gənc bir yaşlıya yer vermədi, bu, ailə tərbiyəsindən irəli gəlir. Nə bilim məktəb biganəlik göstərib.
Yoldaşlar, vətəndaşlar, ay millət, əvvəla, marşrutda kiməsə yer vermək kimi bir məcburiyyət və yaxud da qanun yoxdur. Hamı gediş haqqı kimi 60 qəpiyini ödəyib, gedir. Özündən böyüklərə yer vermək, bizim mental dəyərdir. Hörmət əlamətidir.
Zamanla çox effektiv olub. Bir vaxtlar insanlar daha çox rahat, sakit həyat tərzi yaşayırdı. Doğrudur, problem və çətinliklər vardı. Amma bu günkü kimi, aqressivlik yox idi.
İndi yaşından və başından asılı olmayaraq əksəriyyət el dilində desək, darqursaq olub. Heç kimdə səbr deyilən əlamət müşahidə edilmir.
O ki, qaldı, avtobusda yer məsələsində, bizim də zəngin müşahidələrimiz var. Məsələn, bir neçə gün qabaq 18 nömrəli marşrut avtobusda gedirəm. O qədər də sıxlıq deyil. Səliqəli, təmiz və rahat avtobusdur. Növbəti dayanacaqda bir xala mindi. Yəqin ki, irəlidə cavan qızın əyləşdiyini gözaltı edibmiş. Öndə kifayət qədər geniş, rahatlıq vardı. Xanım elə bir sürətlə bizi itələyə-itələyə gəldi, elə bildim kiminləsə dava etməyə gedir.
Dayandı həmin gənc qızın başı üstündə. Bilmirsən, hirslənir, deyinir, ya neynir. Axırda, binəva qız durub, yer verdi. Xala isə heç sağ ol da demədi. Elə bil, belə də olmalı imiş.
Cavanlarda qüsur axtaran Xalalar, arada özünüzə də vaxt ayırın. Gənc bəyəm yorula, xəstələnə, ağrıya bilməz? Tələbə gənc yorula bilməz? Həm işləyən, həm də oxuyan cavan otura bilməz? Lütfən biraz anlayışlı olaq. Kimi isə nəyəsə məcbur etməyək. Mən avtobusa minəndə mütləq kənar bir yerdə dayanıram, əgər oturmağa boş yer yoxdursa. Utanıram, cavanlar oturan tərəfə getməyə. Elə bilirəm, deyəcəklər ki, qəsdən gəlib dayanır.
Bu gün kifayət qədər yüksək səviyyəli gənclərimiz yetişir. İstər təhsili, istərsə də, ədəb və tərbiyəsi ilə nümunədirlər. Onların elmdən başqa, yaşlı nəsildən də öyrənəcəyi çox şeylər, dəyərlər var. Bunun üçün isə harasa getmək lazım deyil. Elə öz aramızda nümunə olmaq, dəyərləri nümayiş etdirmək lazımdır. Gənclər böyüklərdən nə öyrənir, görüb-götürür, heç fikirləşmisiniz?
Bununla mən, bütün günah simptomlarını yaşlıların üzərinə yükləmək fikrim yoxdur. Amma "Cavanların Cavanlığı Onların Səhv Etmək Hüququdur". Bunu nəzərə alın.
18:50 / 14 Noyabr 2026
1
18:43 / 14 Noyabr 2026
53
18:21 / 14 Noyabr 2026
401
18:09 / 14 Noyabr 2026
93
18:06 / 14 Noyabr 2026
398
18:03 / 14 Noyabr 2026
81
17:18 / 14 Noyabr 2026
154
17:15 / 14 Noyabr 2026
104
16:20 / 14 Noyabr 2026
117
16:05 / 14 Noyabr 2026
160
15:45 / 14 Noyabr 2026
121
15:27 / 14 Noyabr 2026
295
15:25 / 14 Noyabr 2026
133
15:07 / 14 Noyabr 2026
270
15:05 / 14 Noyabr 2026
139
14:44 / 14 Noyabr 2026
205
14:31 / 14 Noyabr 2026
127
14:24 / 14 Noyabr 2026
754
14:19 / 14 Noyabr 2026
128
14:15 / 14 Noyabr 2026
119
13:50 / 14 Noyabr 2026
3300
13:48 / 14 Noyabr 2026
156
13:16 / 14 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.