Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
04 Oktyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
170
01.10.2026, 20:50
Məktəblilərin gün ərzində qəbul etdiyi qidaların keyfiyyəti və tərkibi onların həm fiziki, həm də zehni inkişafında mühüm rol oynayır. Məktəb bufetlərində satılan məhsulların təhlükəsizliyi və sağlamlıq standartlarına cavab verməsi xüsusi diqqət tələb edən əsas məsələlərdən biridir. Xüsusilə birinci növbədə təhsil alan şagirdlər səhər yeməyi yemədən dərsə gedərkən zərərli qidalara daha çox meyil göstərirlər. Rəf ömrü uzun olan paketlənmiş məhsullar, fastfudlar və tərkibində kimyəvi qatqılar olan yeyəcəklər uşaqların orqanizminə ciddi zərər vurur. Bu cür qidalanma immunitetin zəifləməsinə, dərslərdə diqqətsizliyə və xroniki yorğunluğa səbəb olur. Eyni zamanda şəkərli və qazlı içkilərin qəbulu qanda şəkərin kəskin tərəddüdünə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Uşaqların sağlam gələcəyi üçün məktəb yaşlı şəxslərin düzgün qidalanma və yuxu rejiminə riayət etməsi vacib şərtdir. Mütəxəssislər valideynləri və təhsil müəssisələrini uşaqların gündəlik rasionuna daha məsuliyyətlə yanaşmağa çağırırlar.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məktəblilərin qidalanma vərdişləri, bufetlərdə satılan zərərli məhsullar və uşaqların sağlamlığının qorunması yolları haqqında vacib məqamları diqqətə çatdırıb.
"Səhər ac qarına qəbul edilən paketlənmiş qidalar böyük təhlükədir"
Mütəxəssisin sözlərinə görə, xüsusilə immun sistemi zəif, vitamin və mineral dəyəri aşağı olan, inkişaf etməkdə olan uşaqlarda doğru qidalanma həyati əhəmiyyət daşıyır:
"Düzgün qidalanmadıqda şagirdlərdə mövsümi xəstəliklərə yoluxma riski artır, gün ərzində yorğunluq, enerjisizlik və mərkəzi sinir sisteminin funksiyasının aşağı düşməsi müşahidə olunur. Bu da onların dərslərə qarşı diqqətsiz olmasına gətirib çıxarır. Birinci növbədə oxuyan şagirdlər səhər erkən saatlarda yemək yemədən məktəbə gedirlər və saat 10:00–11:00 radələrində rəf ömrü uzun olan, kimyəvi qatqılı, konservantlı paketlənmiş qidaları və ya mənşəyi bəlli olmayan fastfudları qəbul edirlər. Ac orqanizmin ilk olaraq bu cür zərərli qidaları qəbul etməsi sağlamlıqda ciddi problemlər yaradır”.
Məktəblilər necə qidalanmalıdır?
Məhsəti Hüseynova bildirib ki, uşaqların gümrah və sağlam olması üçün səhər rasionunda müəyyən qaydalara riayət olunmalıdır:
•Zülal tərkibli səhər yeməyi: Şagirdlərin rasionunda yumurta, süd, qatıq, pendir, kərə yağı və qaymaq kimi təbii zülal məhsulları yer almalıdır.
•Çərəzlər: Gün ərzində 1 ovucu keçməmək şərtilə qoz, fındıq və digər çərəzlərin qəbulu orqanizmi lazımi mineral və vitaminlərlə təmin edir, gümrahlıq verir.
•Mövsümi meyvə və tərəvəzlər: Şagirdlərin gün ərzində təbii və mövsümə uyğun yerli meyvə-tərəvəzlərdən istifadə etməsi tövsiyə olunur.
Mütəxəssis məktəblilərin içki seçiminə də xüsusi toxunaraq qazlı və şəkərli içkilərin fəsadlarını vurğulayıb:
"Uşaqlar gün ərzində bol su içməlidirlər. Su toksinlərin xaric olunmasında və qidaların parçalanmasında mühüm rol oynayır. Kifayət qədər su içməyən uşaqlar qazlı, rəngli və şəkərli içkilərə meyil edirlər. Bu içkilər qanda şəkərin sürətlə qalxıb-enməsinə, daimi aclıq hissinə və artıq kalori qəbuluna səbəb olur. Tərkibindəki süni rəngləndiricilər və natrium benzoat maddəsi mərkəzi sinir sistemini sıradan çıxarır, yaddaşsızlıq, diqqətsizlik və gələcəkdə Altsheymer kimi ağır xəstəliklərə yol aça bilir. Uşaqlar evdən termosda bitki çayları və ya tərkibinə limon, nanə, meyvə dilimləri əlavə olunmuş təbii sular gətirməlidirlər”.
Sağlam qidalanma mütəxəssisi əlavə edib ki, yuxu rejimi və idman da uşaqların inkişafında aparıcı rola malikdir:
“Hər gün saat 23:00-dan sonra kəsintisiz 6-7 saat yatmaq immuniteti, həzm sistemini və qan dövranını yaxşılaşdırır. Gec saatlara qədər oyaq qalmaq hormonal balansı pozaraq iştahsızlığa və ya aşırı yemək istəyinə yol açır.
Həftədə 2-3 dəfə fiziki aktivliklə məşğul olmaq hormon sisteminin düzgün çalışmasına, xoşbəxtlik hormonunun artmasına və qavrama qabiliyyətinin güclənməsinə birbaşa təsir göstərir”.
Çimnaz Telmanqızı
17:35 / 04 Oktyabr 2026
1
17:30 / 04 Oktyabr 2026
37
17:23 / 04 Oktyabr 2026
43
17:20 / 04 Oktyabr 2026
33
16:58 / 04 Oktyabr 2026
631
16:56 / 04 Oktyabr 2026
82
16:55 / 04 Oktyabr 2026
64
16:53 / 04 Oktyabr 2026
68
16:51 / 04 Oktyabr 2026
54
16:49 / 04 Oktyabr 2026
49
14:30 / 04 Oktyabr 2026
85
14:04 / 04 Oktyabr 2026
119
14:00 / 04 Oktyabr 2026
91
13:55 / 04 Oktyabr 2026
69
13:44 / 04 Oktyabr 2026
239
13:40 / 04 Oktyabr 2026
75
13:30 / 04 Oktyabr 2026
66
13:15 / 04 Oktyabr 2026
86
12:55 / 04 Oktyabr 2026
89
12:48 / 04 Oktyabr 2026
264
12:31 / 04 Oktyabr 2026
91
12:13 / 04 Oktyabr 2026
1771
12:10 / 04 Oktyabr 2026
2294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.