5 nəfər qəzada yaralandı
14 Noyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
799
01.10.2026, 14:53
“Təxminən, 10 ilə yaxındır Azərbaycanda marketlərdə rəflərdəki qiymətlə kassada çıxan qiymətin fərqli olması halları geniş yayılıb. Market şəbəkələrində müasir texnologiyalar tətbiq olunduqca, istehlakçı hüquqlarının rəqəmsal texnologiyalar vasitəsilə pozulması halları da sanki paralel olaraq artır. Bu, geniş yayılmış istehlakçı problemidir və süni qiymət artımı kimi qiymətləndirilə bilər”.
Oxu24.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, bəzən alıcının götürmədiyi məhsullar da çekə yazılır:“İstehlakçı belə hallarla qarşılaşdıqda kassada çekə diqqətlə baxmalıdır. Əgər məhsulun daha yüksək qiymətə satıldığını görərsə, dərhal marketə qayıtmalı, məhsulun rəfdəki qiymətinin şəklini çəkib göstərməlidir. Adətən, bu zaman “bağışlayın, bilməmişik” deyirlər və məhsulu endirimli, yəni rəfdə göstərilən qiymətə satırlar. İstehlakçı həmin kassa çekini mütləq saxlamalı və dövlət qurumuna müraciət etməlidir ki, məsələ ilə bağlı yoxlama aparılsın.
Bu, kifayət qədər geniş yayılmış istehlakçı problemidir. Bəzən istehlakçının almadığı məhsulların da kassa çekinə əlavə edilməsi hallarına rast gəlinir. Digər hallarda isə marketlərin meyvə-tərəvəz bölməsində bir məhsulun qiyməti əvəzinə başqa məhsulun qiyməti tətbiq olunur”.
AİB sədri özü də belə hallarla qarşılaşdığını bildirib:
“Mən şəxsən şəhərin mərkəzində yerləşən bir marketdə bir il ərzində 100 manatadək belə hallarla rastlaşmışam. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətləri ümumiləşdirsək, Azərbaycanda istehlakçılar bir il ərzində almadıqları məhsullara görə təxminən 500 milyon manat ödəyirlər. Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də istehlakçılar tələsmədən kassada aldıqları məhsulların qiymətini və çekdə qeyd olunan məlumatları yoxlamalıdırlar. Marketlərdə tətbiq olunan üsullardan biri də məhsulların skan edildikdən sonra kassanın sonuna qoyulmamasıdır. Məhsulların bir hissəsi, xüsusilə şokolad və digər kiçik məhsullar ayrıca saxlanılır. İstehlakçı da bütün məhsulların skan edildiyinə və çekdə düzgün qeyd olunduğuna diqqət etməlidir”.
O, endirimlərlə bağlı problemlərin də geniş yayıldığını deyib:“Qiymətlə bağlı hər hansı aldatma halı ilə qarşılaşan istehlakçılar 012-599-76-00 telefon nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verə bilərlər. Endirimlərlə bağlı da istehlakçı hüquqlarının pozulması halları geniş yayılıb. Bəzən endirimdə olan və endirimdə olmayan məhsulları bir-birinin yanında yerləşdirirlər. Vətəndaş da həmin məhsulun endirimdə olduğunu düşünərək götürür. Kassada məhsul skan ediləndə isə ona endirim tətbiq olunmadığı bildirilir.Bəzən, məsələn, konfetlərin üzərinə sarı rəngli “endirim” nişanı qoyulur, lakin məhsul kassada adi qiymətə hesablanır. Səbəb kimi isə “yadımızdan çıxıb” və digər izahlar verilir. Belə halların sayı kifayət qədər çoxdur”.
E.Hüseynov hesab edir ki, istehlakçı hüquqları ilə bağlı qanunvericilik də yenilənməlidir:“Ərzaq məhsullarının qaytarılması ilə bağlı da müəyyən problemlər var. Ərzaq məhsulunun yararlılıq müddəti keçməyibsə və məhsul istifadə olunmayıbsa, onun geri qaytarılması mümkündür. Lakin istehlakçı məhsulu açmadan onun keyfiyyətsiz olduğunu müəyyən edə bilməz. Bu da qanunvericilikdə olan boşluqlardan biridir.Ümumiyyətlə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildən qüvvədədir və həmin vaxtdan ciddi şəkildə yenilənməyib. Halbuki bazar dəyişib, yeni texnologiyalar və yeni satış üsulları yaranıb.Azərbaycan tarixində ilk dəfə Milli Məclisdə deputat Əli Məsimli istehlakçı hüquqlarından danışaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yenilənməsini gündəmə gətirib. Bu, istehlakçı hüquqlarının parlament səviyyəsində müzakirəyə çıxarılması baxımından mühüm addımdır. Qanun mütləq yenilənməli və istehlakçılar bazarın əsas subyekti kimi tanınmalıdır”.
15:07 / 14 Noyabr 2026
1
15:05 / 14 Noyabr 2026
14
14:44 / 14 Noyabr 2026
74
14:31 / 14 Noyabr 2026
68
14:24 / 14 Noyabr 2026
175
14:19 / 14 Noyabr 2026
79
14:15 / 14 Noyabr 2026
77
14:09 / 14 Noyabr 2026
187
13:50 / 14 Noyabr 2026
1555
13:48 / 14 Noyabr 2026
107
13:16 / 14 Noyabr 2026
106
13:03 / 14 Noyabr 2026
99
12:49 / 14 Noyabr 2026
125
12:25 / 14 Noyabr 2026
114
12:09 / 14 Noyabr 2026
127
11:58 / 14 Noyabr 2026
125
11:50 / 14 Noyabr 2026
108
11:39 / 14 Noyabr 2026
105
11:32 / 14 Noyabr 2026
115
11:19 / 14 Noyabr 2026
129
11:09 / 14 Noyabr 2026
121
11:00 / 14 Noyabr 2026
141
10:58 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.