Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
314
29.09.2026, 23:47
Ölkədə fındıq yığımı ilə bağlı nikbin fikirlər səsləndirilir. Keçən il məhsuldarlıq 4,6 faiz artmışdı. Bu il də fındığın bol olduğu deyilir. Amma fermerlər narazı görünür. Onlar problemlərin çoxalmasını dilə gətirir.
Oxu24.com xəbər verir ki, məhsuldarlığın müəyyən qədər artmasında dövlət dəstəyi ilə minlərlə hektar yeni bağların salınması vacib rol oynayıb. Ümumi məhsul məhz sahələrin genişlənməsi sayəsində artır. Hərçənd bir hektardan əldə olunan məhsuldarlıq heç də ürəkaçan deyil. Burada iqlim amilini xüsusi qabardırlar. Ekspertlər isə deyir ki, peşəkar yanaşmanın olmaması ciddi nöqsanların ortaya çıxmasına rəvac verir.
İnfrastruktur problemləri illərdir həllini tapmır. Bəlkə də, ən çox qabardılmağı haqq edən çatışmazlıq fasiləsiz suvarma sistemlərinin olmamasıdır. Diqqət yetirsəniz, təkcə fındıqçılıqda yox, başqa sahələrdə də bu istiqamətdə büdrəyirik. Müasir suvarma sistemlərinin olmaması orta məhsuldarlığın yüksəlməsinə imkan vermir.
Fermerlərin heç də hamısı qənaətbəxş səviyyədə məhsul əldə etmir. Keyfiyyətli gübrə və pestisid çatışmazlığı sahibkarların qarşısını kəsir.
Öz təsərrüfatından məhsul götürməyə çalışan kəndlilər qiymətlərin aşağı olmasından gileylidir. Emal müəssisələri inhisar mühiti yaradaraq onları qeyri-məqbul şərtlərlə üz-üzə qoyur. Məhsulunu dəyər-dəyməzə satmalı olan kəndli həvəsdən düşür, bu sahədən uzaqlaşır. Halbuki kənd təsərrüfatında kiçik sahibkarlara, işə canını qoyan kəndliyə çox ehtiyac var.
İxracın fiziki həcmi də çox azalıb. Bir müddət əvvəl bununla bağlı statistika açıqlanmışdı. Məlum olmuşdu ki, 22,5 faiz azalmadan söhbət gedir.
Fındıq qiymətlərinin payızda yüksələcəyi gözlənilir. Bu, fermerlərin işinə yaraya bilər. Amma gərək inhisar mühiti aradan qaldırılsın. Suvarma sistemlərinə əncam çəkilsin, sahələr keyfiyyətli gübdə, pestisidlə təmin olunsun. Yeni sahələr hesabına müəyyən məhsul artımı ilə qürrələnməkdənsə, çatışmazlıqlar aradan qaldırılmalıdır.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.