Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
29.09.2026, 23:43
İsmayıl Dağıstanlı (İsmayıl Yusif oğlu Hacıyev) 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub.
Uşaqlıq illərini kənddə keçirən İsmayılı atası aqronom görmək istəyirdi.Ancaq uşaqlıqdan artistliyə meyli onu addım-addım öz istəyinə aparırdı.
Onun aktyor yaradıcılığının ilk səhifələri Şəki İpək fabrikinin fəhlə dram dərnəyi ilə bağlı olub.Bakı Teatr Texnikumunda oxuduğu illərdə (1926-1930) gənc aktyora Moskva və Leninqraddan dəvət olunmuş teatr mütəxəssisləri ilə yanaşı, görkəmli dramaturq və pedaqoq Əbdürrəhim bəy Haqverdiyev də Azərbaycan dili və bədii qiraət fənlərindən dərs deyib.Elə “Dağıstanlı” adını da ona görkəmli ədib verib.
Gənc İsmayıl təqaüdsüz oxuduğu üçün çox məşəqqətli günlər görmüşdü.Belə ki, dərsdən sonra dəmiryolunda yük daşıyaraq gündəlik xərcini çıxarır, gecələr isə “Təzə pir” məscidinin həyətində yatmalı olurdu.Lakin, möhkəm iradə sahibi olan gənc aktyor gələcəyə ümidlə baxır, öz üzərində daim işləyirdi. Artıq birinci kursun sonundan Azərbaycan Dövlət Dram Teartında oynanılan tamaşalarda epizodik rollarda çıxış edirdi.
1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib.1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932–1933).
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. S.M.Kirov, N.Nərimanovin obrazlarını yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb.Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy roluna görə 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.
1949-cu ildə Azərbaycan SSR Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti adına layiq görülüb.
İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə Bakıda vəfat edib.Birinci Fəxri Xiyabanda dəfn olunub...
Jalə
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.