EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
365
29.09.2026, 22:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə kardinal Corc Ceykob Kuvakad Azərbaycana səfərini və ona göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib, səfər zamanı keçirdiyi görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Kardinal vurğulayıb ki, dünyada müharibə, zorakılıq və nifrət mesajlarının yayıldığı bir dövrdə Azərbaycandakı dinlərarası həmrəylik və sülh modeli bütün beynəlxalq ictimaiyyət üçün böyük mesajdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tərəflərin bir-birinə dəstək olmasının, səylərin birləşdirilməsinin, mədəniyyət, din, həmçinin insani dəyərlər ətrafında müzakirələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində gələcək birgə proqramlar ətrafında fikir mübadiləsi aparılıb.Redaktor.az


00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.