Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
24 Oktyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
209
29.09.2026, 11:55
Sentyabr ayında Bakıda Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının bir sıra konvensiyaları üzrə beynəlxalq təlim keçirilib.
Ədliyyə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, təlimdə 50 nəfər, o cümlədən Ədliyyə Nazirliyinin və Nazirliyin Ədliyyə Akademiyasının əməkdaşları, hakimlər, vəkillər, notariuslar, həmçinin Qazaxıstan və Özbəkistandan olan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Təlimi Haaqa Konfransının Daimi Bürosunun birinci katibi, təcrübəli ekspert Melissa Ford aparıb.
Təlimin keçirilməsində əsas məqsəd Haaqa Konfransının 1970-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında” Konvensiyasının tətbiqi ilə bağlı yarana biləcək çətinliklərin qarşısının alınması, onun normalarının düzgün anlaşılması və tətbiqinin təmin edilməsi, həmçinin bu sahədə çalışan hüquqşünasların müvafiq biliklərinin artırılması olub.
Hazırda Azərbaycanın sözügedən Konvensiyaya qoşulması ilə bağlı müvafiq dövlətdaxili prosedurlar həyata keçirilməkdədir.
Eyni zamanda, təlim çərçivəsində Nazirliyin müvafiq struktur qurumları ilə təşkilatın nümayəndəsi arasında işçi görüşlər keçirilib. Gələcək əməkdaşlıq, yeni konvensiyalara qoşulma, ədliyyə sahəsində xidmətlərin rəqamsallaşdırılması, o cümlədən elektron apostil kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası bir sıra ölkələrlə, o cümlədən Avropa ölkələrinin əksəriyyəti ilə mülki sahədə müqavilə bazası yaratmaq məqsədilə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransı çərçivəsində qəbul olunmuş 1965-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” və 2007-ci il tarixli “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanmasının digər formalarının beynəlxalq qaydası haqqında” konvensiyalara qoşulub.
20:31 / 24 Oktyabr 2026
1
20:12 / 24 Oktyabr 2026
29
20:05 / 24 Oktyabr 2026
49
19:55 / 24 Oktyabr 2026
55
19:40 / 24 Oktyabr 2026
64
19:09 / 24 Oktyabr 2026
84
18:55 / 24 Oktyabr 2026
72
18:40 / 24 Oktyabr 2026
79
18:27 / 24 Oktyabr 2026
83
18:20 / 24 Oktyabr 2026
174
18:13 / 24 Oktyabr 2026
98
18:07 / 24 Oktyabr 2026
77
18:02 / 24 Oktyabr 2026
485
17:59 / 24 Oktyabr 2026
84
17:59 / 24 Oktyabr 2026
415
17:38 / 24 Oktyabr 2026
1921
17:27 / 24 Oktyabr 2026
642
17:19 / 24 Oktyabr 2026
259
16:25 / 24 Oktyabr 2026
81
15:22 / 24 Oktyabr 2026
153
15:00 / 24 Oktyabr 2026
110
14:55 / 24 Oktyabr 2026
103
14:35 / 24 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.