Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
296
29.09.2026, 10:30
"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsiz qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur".
Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.
Qeyd olunub ki, son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb:
"Sentyabrın 22-də Cəlilabad rayonunda sutkanın qaranlıq vaxtı minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan 3 nəfər xəsarət alıb. Sentyabrın 27-də Bərdə rayonunda baş verən hadisədə isə arabaçı həyatını itirib.
Bu hadisələr bir daha göstərir ki, at arabalarının yolda hərəkəti zamanı təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq ağır nəticələrə gətirib çıxara bilər. At arabaları da ümumi istifadədə olan yollarda hərəkət etdikdə müəyyən edilmiş qaydalara uyğun idarə olunmalıdır".
Bildirilib ki, qaydalara əsasən, at arabasını ümumi istifadədə olan yollarda 14 yaşına çatmış şəxslər idarə edə bilərlər:
"At arabaları yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməlidir. Görünmə məhdud olan yerdə yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən araba sürücüsü heyvanı cilovundan tutaraq aparmalıdır.
At arabaları işıq əks etdirən qurğularla təchiz edilməli, sürücüləri svetoforun və nizamlayıcının işarələrinə, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər. Sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində at arabası dəmir yollarından keçirilməməlidir".
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri qaydalara ciddi əməl etməyə, xüsusilə sutkanın qaranlıq vaxtı görünmə və təhlükəsizlik tələblərinə diqqətlə yanaşmağa çağırır.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.