Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
29.09.2026, 10:00
Azərbaycan Respublikası Milli Depozit Mərkəzində (MDM) kadr təyinatları olub.
Oxu24.com Yurd.Media-ya istinadən xəbər verir ki, Məmmədyar Novruzov İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri, Tərlan Məmmədov Korporativ idarəetmə departamentinin direktoru, Zülfüqar Qayıbov isə Satınalma və İnzibati İdarəetmə departamentinin direktoru vəzifəsinə təyin olunublar.
İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri təyin olunan Məmmədyar Novruzov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildən Azərbaycan Mərkəzi Bankında Təhlükəsizlik Departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsində müxtəlif məsul vəzifələrdə, 2009–2016-cı illərdə Maliyyə Monitorinqi Xidmətində İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsində çalışıb.
2016–2020-ci illərdə Mərkəzi Bankda Elektron İmza və Sertifikatlaşdırma şöbəsində böyük sistem inzibatçısı, daha sonra isə şöbə müdiri vəzifələrində işləyib. 2020-ci ilin sentyabr ayından yeni təyinata qədər Milli Depozit Mərkəzində İnformasiya Texnologiyaları departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib.
Məmmədyar Novruzov
Korporativ idarəetmə departamentinin direktoru təyin olunan Tərlan Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildən peşəkar fəaliyyətə başlayıb, “Azərdəmiryolbank” Səhmdar bankında mütəxəssis, bölmə rəhbəri və şöbə müdiri vəzifələrində işləyib.
2014-2019-cu illərdə Bakı Avropa oyunlarında bölmə meneceri, Azərbaycan İslam Həmrəyliyi oyunlarında baş menecer və Avropa Gənclər Olimpiya Festivalında departament direktoru vəzifələrini tutub. 2019-2020-ci illərdə Lumun Holding-də layihə meneceri, 2021-ci ilin oktyabr ayından Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində mərkəzin rəhbəri, 2023-cü ilin fevral ayından 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini tutub. 2023-2026-cı illərdə "Kapital Bank" ASC-də Risk analitiki və Məhsul sahibi vəzifələrində çalışıb.
Tərlan Məmmədov
Satınalma və İnzibati İdarəetmə departamentinin direktoru təyin olunan Zülfüqar Qayıbov isə 1982-ci ildə Bakı şəhərində anadan olub.
2006-2021-ci illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əmək fəaliyyətini davam etdirib. 2023-cü ilin noyabr ayından 2024-cü ilin fevral ayınadək Milli Depozit Mərkəzinin (MDM) İnzibati şöbəsinin müdiri vəzifəsində çalışıb. 2024-cü ilin fevral ayından yeni təyinatadək MDM-in İnzibatçılıq Departamentinin direktoru vəzifəsində işləyib.
23:28 / 13 Noyabr 2026
13
23:22 / 13 Noyabr 2026
32
23:17 / 13 Noyabr 2026
43
23:09 / 13 Noyabr 2026
54
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
64
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
427
21:43 / 13 Noyabr 2026
818
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
121
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
117
20:50 / 13 Noyabr 2026
1136
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
115
20:35 / 13 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.