5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
172
28.09.2026, 22:24
Aydın Əbilov yazır:
Son günlər qarpız satanla millət vəkili Fəzail İbrahimli arasındakı münaqişəni İran-Amerika müharibəsinə çevirənlər və ağına-bozuna baxmadan kor ata minib köndələn çapanlar çoxalıb .
Ona görə də mən də öz fikrimi bildirməyi zəruri hesab etdim. Əvvəla, Fəzail İbrahimli müəllim, görkəmli pedaqoq, tələbələrinin böyük hörmətini qazanmış bir professordur. Bəlkə də millət vəkilləri arasında villası, biznesi, hektarlarla torpağı olmayan azsaylı deputatlardan biridir.
Özünün qarpız və ya digər ərzaq alması da göstərir ki, nə qulluqçu, nə cangüdən, nə də digər xidmətçi saxlayır. Ev təsərrüfatını özü idarə edir. Bu da onun adi vətəndaş kimi həyat tərzi yaşadığını göstərir.
Qarpız satan məsələsinə gəldikdə isə, arxasında insanları aldadan, təkidlə öz qəlp malını sırımağa çalışan, qiymətdə əliəyri hərəkətlər edən kobud, mədəniyyətsiz adamlara az rast gəlmişikmi? Təhqir və aldadılmaqdan çox əziyyət çəkməmişikmi? Söhbət iki-üç manatlıq ərzağın qiymətindən yox, aldatmaq deyilən həqarətdən gedir. Fəzail İbrahimli, öncəliklə, insandır, vətəndaşdır.
O da öz haqqını, sözünü deməsə, kim deyəcək? Mən tam əminəm ki, Fəzail müəllim öz iradəsini ortaya qoyarkən o qədər böyük həqarət və təhqirlə qarşılaşıb ki, şikayət etmək məcburiyyətində qalıb və öz narazılığını hüquqi müstəvidə həll etməyə çalışıb.
Durub qarpız satanla əlbəyaxa olmayacaq ki!
AzTürk TV-nin “Haqqin səsi” adlı kanalında müəllifini tanımadığım bir şəxs Fəzail müəllim haqqında hədyanlar danışırdı. Haqq-ədalət barədə heç bir söz eşitmədim. Təhqir və alçaldıcı sözlərdən başqa heç nə eşitmədim.
Müəllif və ona qulaq asanlar bilsinlər ki, millət vəkili kimi Fəzail İbrahimli çox iş görüb. Çıxışları ilə həmişə xalqın və millətin haqqının, ədalətinin yanında olub.
Cəsarətli çıxışları ilə xalqın rəğbətini qazanıb. Nazirləri və məmurları onun qədər tənqid edən olmayıb. Həmişə şəhid ailələrinin yanında olub. Ona müraciət edən insanları ümidsiz yola salmayıb. Gücü və səlahiyyəti çatdığı qədər insanların işlərini həll etməyə çalışıb. İnsanların torpaq sahələrini, bizneslərini ələ keçirməyib. Namusla, halal zəhmətlə yaşayıb.
Əslində, mən bu təhqirlərlə dolu çıxış edən şəxsin məhkəməyə verilməsini tələb edirəm.
Mədəniyyətsiz bir alverçinin birdən-birə nə qədər himayəçisi çıxdı!
Əsl haqqı tapdanan insanların səsinə bu qədər səs verildiyini, belə hay-küy salındığını heç görməmişəm.
Əli bıçaqlı bir möhtəkirin şantaj xarakterli, yalançı müdafiəsinin təşkil olunması insanda şübhə və ikrah hissi doğurur.
Hətta bəzi jurnalistciğazlar,eləcə də Ləman Ələşrəf qızı az qala dəsmal götürüb ağlaya-ağlaya yararsız qarpız satan üçün elegiya deyirlər.
Əksər rəyçilər də yazırlar ki, “Fəzail müəllimi tanımırıq, düz etməyib”. Hər kəs başa düşməlidir ki, harınlaşmış bir insanın yerində oturdulması əsl ədalətdir. Bu, digər istehlakçıların hüquqlarının müdafiəsi deməkdir.
Hələ Qida Təhlükəsizliyi Agentliyi də bu məsələyə qoşulmalı, keyfiyyətsiz və zay məhsullar satdığı üçün lazımi tədbirləri görməli idi.
Fəzail müəllimi minlərlə, yüz minlərlə insan tanıyır və ona hörmət edir. Onun şərəf və ləyaqətinə xələl gətirən məqsədli şəkildə təşkil olunan kampaniyanın araşdırılmasını istəyirik.
18:44 / 04 Oktyabr 2026
1
18:34 / 04 Oktyabr 2026
31
17:50 / 04 Oktyabr 2026
62
17:45 / 04 Oktyabr 2026
63
17:35 / 04 Oktyabr 2026
72
17:30 / 04 Oktyabr 2026
378
17:23 / 04 Oktyabr 2026
191
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1843
16:56 / 04 Oktyabr 2026
176
16:55 / 04 Oktyabr 2026
138
16:53 / 04 Oktyabr 2026
155
16:51 / 04 Oktyabr 2026
79
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
97
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
290
13:40 / 04 Oktyabr 2026
77
13:30 / 04 Oktyabr 2026
69
13:15 / 04 Oktyabr 2026
90
12:55 / 04 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.