10-15° dərəcə şaxta olacaq,yollar buz bağlayacaq — XƏBƏRDARLIQ
09 Noyabr 2026, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
27.09.2026, 16:39
Onun 27 illik həyatında idman xüsusi yer tutdu. Uğurlar qazandı, Azərbaycan çempionu oldu. Amma onu bizə daha çox tanıdan və sevdirən Vətən müharibəsindəki qəhrəmanlığıdır. Şəhid Muxtar Qasımlı... Şəhadətindən sonra “Vətən uğrunda” və “Fizulinin azadlığına görə” medalları ilə təltif edilən igidimiz.
Qasımlı ailəsinin üç oğul övladı var. Kənan, Muxtar, Orxan... Ailənin ortancılı və Vətən Müharibəsinin şəhidi Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. Muxtar körpəlikdən evin nəşəsi, özündən böyük və kiçik qardaşına yol göstərən, nümunəvi bir övlad olub...
Muxtar qardaşı Kənanla birgə məktəbə gedib. Hələ məktəbə yaşı çatmasa da, 5 yaş yarımlığında ikən çantanın ağırlığını çiyinlərində hiss edib. Orta təhsilinə birinci 287 saylı Zəkalar liseyində başlayıb, daha sonra Bakı şəhəri 318 saylı məktəbdə davam edib.
Muxtar orta məktəbi bitirdikdən sonra, 2009-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsinə qəbul olub. 2013-cü ildə isə buranı bitirərək, Gədəbəy rayonunun Şınıx kəndində yerləşən N saylı hərbi hissədə hərbi xidmət keçib.
Muxtar hərbi xidmət dövründə artıq idmançı olsa da, onda hərbiyə qarşı maraq yaranıb. Elə bu baxımdan Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində zabitlik kursuna daxil olub və 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb. Evinə qayıtdıqdan sonra mühafizə xidmətində işləməyə başlayıb, eyni zamanda idmanla peşəkarcasına məşğul olub. İdman fəaliyyəti dövründə dəfələrlə yarışlarda iştirak edib, uğurlar qazanıb. Sonda isə fitnes üzrə müəllim kimi fəaliyyətə başlayıb.
Məlumdur ki, Tovuz döyüşləri tariximizdə unudulmayacaq günlərdəndir. Həmin döyüşlərdən sonra Muxtar Qasımlı könüllü olaraq adını hərbiyə yazdırıb. 2020-ci il sentyabr ayında, Vətən müharibəsinin başlamağına günlər qalmış Muxtar Qasımlı ehtiyata buraxılmış zabit kimi təlimlərə çağırılıb. İş növbəsi zamanı çıxaraq, hətta ailəsi ilə görüşüb, onlara xəbər vermədən Hərbi komissarlığa yollanıb. Ondan sonra təlimlərdə, 27 sentyabrdan etibarən Vətən müharibəsindəki döyüşlərdə iştirak edib.
Fizuli istiqamətində gedən qızğın döyüşlər onu göstərdi ki, bir qarış torpağımız düşmənə qalmayacaq. Burda illərdir düşmənin yaratdığı sədlər ordumuz tərəfindən dağıdıldı. Döyüşlərin gedişində Muxtar Qasımlının da olduğu bölmə, həm müdafiə xəttində dayanıb, həm də əmr verilərkən hücum əməliyyatında öz gücünü nümayiş etdirib. İşğalçı qüvvənin atdığı hər mərmidə şəhidlərimiz və yaralılarımız olsa da, verilən bütün tapşırıq əsgərlərimiz tərəfindən uğurla yerinə yetirilib.
“Qan torpağa qarışarsa adına Vətən deyilər”. Elə hərbiçilərimizin addım-addım, qarış-qarış getdiyi, aldığı torpaqlarda hər bir döyüşçümüzün qanı var. Silah yoldaşını şəhid vermək nə qədər çətindirsə, onun qisasını almaq, vətənimizi qorumaq o qədər şərəflidir. Muxtar da illərdi topladığı gücünün bir gün vətən yolunda sərf etməli olduğunu çox yaxşı başa düşürdü. Həmin məqam isə oktyabrın 2-də, döyüş məkanında yetişdi. Muxtarın 7 günlük döyüşünün nəticəsi Fizulinin Qaraxanbəyli kəndində tamamlandı.
Əsgərlərimiz döyüşə gedərkən üzərində bir giliz olur. İçərisində adının, soyadın, ailə üzvünün əlaqə nömrəsinin yazıldığı kiçik kağız parçasının yerləşdiyi giliz. Muxtar şəhid olduqdan sonra ailəsinə xəbərin verilməsi üçün bu giliz böyük rol oynayıb. Ailəsi onu sağ gözləyib, şəhid olduğuna inanmasa da, oktyabrın 2-i şəhidimizin 3 rəngli bayrağımıza bükülmüş tabutu ailəsinə, dostlarına təhvil verilib.
Almaz ananın da qeyd elədiyi kimi, Muxtar gülləri çox sevib. Kim bilir, taleyin bir oyunudur ki, onun həyatı da elə bu güllər kimi tez açıb, tez də soldu. Bəlkə də yaşasaydı ürəyində daşıdığı gizli sevgisinə o güllərdən hədiyyə edəcək, hər yaz yenidən açan çiçəklər zamanı, arzuları da pardaxlanacaq, toyunu edəcəkdi... Amma o bəylik libasını geyinmədən, yarımçıq qalmış xəyal və arzularla əbədi dünyasına qovuşdu. Almaz ana o güllərə indi daha səylə xüsusi qulluq edir. Çünki Muxtarın görüşünə tələsir...
Muxtar fiziki baxımdan böyük gücə sahib olsa da, onu düşmən gülləsindən itirmək hər kəs üçün kədərlidir. Bəlkə də bu gün yaşasaydı bayrağımızı başqa ölkələrdə idman arenalarında zirvələrə qaldıracaqdı. Amma indi onun arzularının bayrağı məzarı üstündə qürurla dalğalanır. Şəhidlərimizin haqq payının olduğu 3 rəngli bayrağım, sən, daima dalğalan. Dalğalan ki, şəhidlərimizin ruhu şad olsun.
Oxu24.com şəhidimizin son səs yazısını təqdim edir:
12:40 / 09 Noyabr 2026
1
12:27 / 09 Noyabr 2026
50
12:15 / 09 Noyabr 2026
114
12:03 / 09 Noyabr 2026
503
11:56 / 09 Noyabr 2026
86
11:56 / 09 Noyabr 2026
113
11:43 / 09 Noyabr 2026
80
11:37 / 09 Noyabr 2026
188
11:34 / 09 Noyabr 2026
85
11:30 / 09 Noyabr 2026
76
11:22 / 09 Noyabr 2026
93
11:09 / 09 Noyabr 2026
215
11:05 / 09 Noyabr 2026
130
10:55 / 09 Noyabr 2026
188
10:51 / 09 Noyabr 2026
383
10:44 / 09 Noyabr 2026
164
10:38 / 09 Noyabr 2026
222
10:30 / 09 Noyabr 2026
127
10:27 / 09 Noyabr 2026
115
10:10 / 09 Noyabr 2026
193
10:09 / 09 Noyabr 2026
216
10:00 / 09 Noyabr 2026
247
09:36 / 09 Noyabr 2026
1395
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.