Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
27 Sentyabr 2026, 17:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
453
27.09.2026, 14:36
Hərbi bloger Tofiq Şahmuradov 27 Sentyabr – Vətən müharibəsinin ilk dəqiqələri ilə bağlı xatirələrini öz kitabında bölüşüb.
Globalinfo.az xəbər verir ki, müəllif döyüşün başlanğıcında komanda məntəqəsində yaşanan gərgin anlardan bəhs edib.
Onun yazdığına görə, artilleriya atəşinin davam etdiyi vaxt quru qoşunları tank və BMP-lərin dəstəyi ilə hücuma keçib:
“Döyüşün ilk dəqiqələridir. Təxminən bu saatlar olardı. Zabitlərimizin gözündə həm böyük bir sevinc, həm də üzərlərinə düşən böyük məsuliyyətdən irəli gələn bir gərginlik hiss olunur.
Şiddətli artilleriya atəşi davam edir. Artıq quru qoşunlarımız tankların və BMP-lərin dəstəyi ilə hücuma keçiblər. Həddindən artıq şiddətli döyüş gedir.
Bu zaman Nəcməddinin (Sadıqov) qışqırtılı səsi eşidilir. Mən həmin səsi Birinci Qarabağ müharibəsindən bəzi videolarda eşitmişdim. Qışqırır:
– Niyə Madagiz vurulmur? Niyə Madagiz vurulmur?
– Madagiz kimin planlaşdırılmış hədəfidir?
Şimal-qərb cəbhəsində artilleriya bölmələrinə rəhbərlik edən Raket-Artilleriya Qoşunlarının qərargah rəisi, general-mayor Vüqar Əlverdiyev ayağa qalxdı və dedi:
– Cənab Baş Qərargah rəisi, Madagiz 9xx hədəfidir.
Nəcməddin yenə qışqırır:
– 9xx-in komandiri kimdir? Haradadır o?
9xx-in komandiri də mənim yanımda oturub – rus dilini o qədər də yaxşı bilməyən polkovnik Eldəniz Abdullayev idi.
Mən Eldənizə dedim:
– Sənin adın çəkilir, səni çağırır.
Eldəniz Abdullayev yerindən qalxdı və özünü təqdim etdi.
Nəcməddin rusca deyir:
– Niyə Madagiz vurulmur? Mən vurulduğunu görmürəm.
Eldəniz rus dilini yaxşı bilmədiyindən deyilənləri tam anlamadı. Əyilib mənə dedi:
– Nə deyir?
Dedim:
– Deyir ki, niyə Madagiz vurulmur?
Madagiz də həmin vaxt 9xx-in tərkibində olan “Pion” divizionunun hədəfi idi. “Pion” divizionuna isə bizim dostumuz, polkovnik-leytenant Rüstəm Mehdiyev rəhbərlik edirdi.
Eldəniz əlindəki “Tetra” ilə Rüstəmə zəng edib deyir:
– Mehdiyev, niyə vurmursan Madagizi? Niyə vurmursan oranı?
Rüstəm isə cavab verir:
– Cənab polkovnik, “vurmursan” nədir? Orada daşı daş üstündə qoymamışam, vurmamaq nədir?
Elə həmin anda məndən böyük bir gülümsəmə çıxdı.
Döyüşün ən gərgin anlarının içində belə, yaddaşımda qalan belə bir xatirə yaşandı”.
17:14 / 27 Sentyabr 2026
1
17:08 / 27 Sentyabr 2026
15
16:51 / 27 Sentyabr 2026
34
16:45 / 27 Sentyabr 2026
40
16:39 / 27 Sentyabr 2026
74
16:36 / 27 Sentyabr 2026
49
16:27 / 27 Sentyabr 2026
48
16:14 / 27 Sentyabr 2026
55
15:59 / 27 Sentyabr 2026
53
15:48 / 27 Sentyabr 2026
62
15:42 / 27 Sentyabr 2026
495
15:30 / 27 Sentyabr 2026
59
15:15 / 27 Sentyabr 2026
62
15:05 / 27 Sentyabr 2026
62
14:53 / 27 Sentyabr 2026
65
14:50 / 27 Sentyabr 2026
73
14:35 / 27 Sentyabr 2026
157
14:31 / 27 Sentyabr 2026
63
14:30 / 27 Sentyabr 2026
59
14:05 / 27 Sentyabr 2026
69
13:55 / 27 Sentyabr 2026
57
13:29 / 27 Sentyabr 2026
232
13:26 / 27 Sentyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.