9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
27.09.2026, 11:30
Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı dövründə beynəlxalq hüququn işləməməsi, bu xüsusda ATƏT, BMT, AŞPA və bir sıra beynəlxalq təşkilatlarda ədalətsizlik, ikili standartlara əsaslanan yanaşma ilə üzləşib, 30 ilə yaxın sülh danışıqları nəticə verməyib, işğala son qoyulmayıb.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb etsə də, həmin sənədlərin icra olunmaması BMT mexanizmlərinin zəifliyini ortaya qoyub.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri uzun illər ərzində turistik diplomatiya həyata keçirir, mütəmadi regiona nəticəsiz səfərlər təşkil edirdilər. Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib, 700 min insan öz torpaqlarından didərgin salınıb, 250 min azərbaycanlını isə Ermənistandan zorla çıxarılıb. Bu proses nəticəsində şəhərlər və yaşayış məntəqələri ilə yanaşı, Azərbaycanın zəngin mədəni irsinə də ciddi ziyan vurulub.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində düşmən ordusunu məhv edərək, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Şuşa şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən azad olunması ilə müharibənin taleyi həll edildi. Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.
44 gün ərzində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və öz qüdrətini göstərdi.
Vətən müharibəsindən sonra müharibə nəticəsində Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü düşmənə məxsus hərbi texnikaların, silah və sursatların saxlanılması üçün Ölkə Başçısının tapşırığı ilə Hərbi Qənimətlər Parkı yaradılmışdır. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa edilmişdir.
Bu gün azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, muzeylər, hava limanları, dəmir yolları, tunellər inşa edilir, məscidlərimizin bərpası həyata keçirilir. Bir sözlə, azad edilmiş torpaqlara həyat geri qaytarılır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təqribən 90 mindən çox insan məskunlaşıb.
Xüsusi olaraq Oxu24.com üçün
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.