Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR
09 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
556
26.09.2026, 18:19
Sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda – 16 mindən çox xarici turist gəlib. Yarışda hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.
Komandalar ilk gündə iki sərbəst yürüşdə yarışıblar. Bu yürüşlərdə yüksək nəticə göstərən pilotlar ardınca sıralama turunda mübarizəni davam etdiriblər. Sıralama turunun yekununda "Mercedes"in pilotu Corc Rassel 6 kilometrlik Bakı trekində poul qazanaraq əsas yarışı ilk pillədən başlamaq hüququ əldə edib. "Ferrari"nin pilotu Şarl Lekler ikinci, "McLaren" təmsilçisi Oskar Piastri üçüncü yerdə qərarlaşıblar.
Sentyabrın 26-da keçirilən əsas yarışda pilotlar Bakı şəhər halqasında 2 saat ərzində 51 dövrə vurublar. Yarış “Mercedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatıb. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
Xatırladaq ki, Azərbaycan Formula 1 yarışlarına onuncu dəfədir ev sahibliyi edir. 2016-cı ildə təşkil olunan və Avropa Qran-Prisi adlandırılan ilk yarış yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Yarış növbəti ildən Azərbaycan Qran-Prisi adlandırılıb.
***
16.42
Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.
***
15.21
Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyirlər.
11:09 / 09 Noyabr 2026
19
11:05 / 09 Noyabr 2026
32
10:55 / 09 Noyabr 2026
88
10:51 / 09 Noyabr 2026
44
10:44 / 09 Noyabr 2026
102
10:38 / 09 Noyabr 2026
141
10:30 / 09 Noyabr 2026
86
10:27 / 09 Noyabr 2026
64
10:10 / 09 Noyabr 2026
133
10:09 / 09 Noyabr 2026
147
10:00 / 09 Noyabr 2026
178
09:36 / 09 Noyabr 2026
1042
09:26 / 09 Noyabr 2026
84
09:19 / 09 Noyabr 2026
128
08:46 / 09 Noyabr 2026
104
08:42 / 09 Noyabr 2026
768
08:25 / 09 Noyabr 2026
133
04:25 / 09 Noyabr 2026
754
02:31 / 09 Noyabr 2026
729
01:34 / 09 Noyabr 2026
363
01:20 / 09 Noyabr 2026
819
01:10 / 09 Noyabr 2026
492
01:06 / 09 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.