Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 2026, 08:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
701
26.09.2026, 15:00
Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlər bir sıra qaydalara əməl etməlidirlər. Bu tələblərin pozulmasına görə bəzi hallarda cərimə də tətbiq olunur.
"Yeni Sabah" xəbər verir ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, sərnişin gediş haqqını vaxtında və tam ödəməli, bileti və ya gediş hüququnu təsdiq edən sənədi saxlamalı, tələb olunduqda nəzarətçiyə təqdim etməlidir.
Şəhərdaxili avtobusda ödəniş etmədən getməyə görə sərnişin 5 manat, şəhərlərarası avtobusda biletsiz getməyə görə 15 manat, beynəlxalq marşrut üzrə avtobusda biletsiz getməyə görə isə 25 manat cərimə edilir. pizza sifarişi
Qaydalara əsasən, sərnişin avtobusda daşınmasına icazə verilməyən əşyaları aparmamalıdır. Belə baqaj aşkarlandıqda onunla gedişə davam etməyə yol verilmir və təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilə bilər.
Bundan başqa, avtobusda tütün çəkmək də qadağandır. İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, müntəzəm marşrut avtobuslarında tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur.
Sərnişinlər həmçinin avtobusda müəyyən edilmiş baqaj və əl yükü qaydalarına riayət etməli, öz ehtiyatsızlığı və ya qəsdən etdiyi hərəkətlərlə daşıyıcıya və digər sərnişinlərə zərər vurduqda həmin zərərin əvəzini ödəməlidirlər.
Qaydaları pozan və cəriməni ödəməkdən imtina edən və ya şəxsiyyəti müəyyənləşdirilə bilməyən sərnişin daxili işlər orqanlarına gətirilə bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində göstərilən bəzi pozuntular birbaşa sərnişinlərə deyil, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarını həyata keçirən şəxslərə aid məsuliyyət də yaradır. Buna görə hər bir pozuntu üzrə cərimənin kimə tətbiq edildiyini ayrıca müəyyənləşdirmək lazımdır.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.