EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
383
25.09.2026, 23:58
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. Baku ES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür.
Bəs yeni 100 manatlıqların bəzi terminallarda qəbul edilməməsinin səbəbi nədir?
Avadanlıqların yenilənməsi prosesi nə vaxt başa çatacaq və vətəndaşlar yeni əsginaslardan bütün terminallarda nə zaman problemsiz istifadə edə biləcəklər?
Oxu24.com xəbər verir ki, Bizim.Media məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu ünvanlayıb.
AMB-nin Mətbuat Katibi Namiq Əliyev bildirib ki, "PashaPay" MMC-yə məxsus "MilliÖN" özünəxidmət terminalında həyata keçirilmiş texniki tənzimləmə səbəbindən yeni 100 manatlıq pul nişanının tanınmasında qısa müddətli çətinlik müşahidə edilmişdi.
Təşkilat tərəfindən görülən texniki işlərin nəticəsi olaraq yaşanan problem aradan qaldırılıb, yenilənmiş 100 manatlıq əsginasların özünəxidmət terminallar vasitəsilə qəbulu tam şəkildə təmin edilib.
Məlumata əsasən, hazırda ödəniş xidməti sektorunda fəaliyyət göstərən təşkilatlara məxsus özünəxidmət terminalları vasitəsilə 100 manatlıq yeni əsginasların maneəsiz qəbulu həyata keçirilməkdədir.
Qeyd edək ki, yenilənmiş 100 manatlıq əsginas 15 iyul 2026-cı ildən tədavülə buraxılıb.
00:40 / 14 Noyabr 2026
84
00:02 / 14 Noyabr 2026
329
23:58 / 13 Noyabr 2026
86
23:49 / 13 Noyabr 2026
85
23:40 / 13 Noyabr 2026
98
23:28 / 13 Noyabr 2026
99
23:22 / 13 Noyabr 2026
94
23:17 / 13 Noyabr 2026
229
23:09 / 13 Noyabr 2026
109
23:05 / 13 Noyabr 2026
99
23:02 / 13 Noyabr 2026
141
22:53 / 13 Noyabr 2026
110
22:49 / 13 Noyabr 2026
103
22:41 / 13 Noyabr 2026
102
22:36 / 13 Noyabr 2026
120
22:18 / 13 Noyabr 2026
110
22:13 / 13 Noyabr 2026
106
22:03 / 13 Noyabr 2026
656
21:43 / 13 Noyabr 2026
974
21:36 / 13 Noyabr 2026
112
21:29 / 13 Noyabr 2026
140
21:24 / 13 Noyabr 2026
361
21:03 / 13 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.