Azərbaycanda avtomobil almaq ÇƏTİNLƏŞƏCƏK?
27 Sentyabr 2026, 18:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
127
25.09.2026, 12:20
Dövlət məktəblərində müxtəlif adlar altında pul toplanması problemi uzun illərdir ki, ölkə təhsil sisteminin və cəmiyyətin ən aktual müzakirə mövzularından biri olaraq qalmaqdadır. Son dövrlər xüsusilə valideynlərdən “fond pulu”, sinif təmiri, müxtəlif tədbirlər və digər ehtiyaclar üçün vəsaitlərin tələb olunması haqlı narazılıqlara səbəb olur.
Bu xoşagəlməz vəziyyətin yaranmasında həm idarəetmə və maliyyə mexanizmlərindəki mövcud boşluqlar, həm də köklənmiş psixoloji-sosial amillər mühüm rol oynayır. İlk növbədə, məktəblərin kiçik cari təsərrüfat xərcləri, gigiyena ləvazimatları və xırda təmir işləri üçün ayrılan büdcə vəsaitlərinin operativ çatmaması rəhbərliyi qeyri-rəsmi yollar axtarmağa sövq edir.
Digər tərəfdən, şəffaf hesabatlılıq sisteminin tam oturuşmaması və nəzarətsizlik bu cür halların cəmiyyətdə adiləşməsinə şərait yaradır. Valideyn komitələrinin əksər hallarda təlim-tərbiyəyə nəzarət etmək əvəzinə, məhz qeyri-rəsmi yığımları icra edən quruma çevrilməsi sistemi daha da qapalı dövrəyə salır.
Valideynlər isə övladlarının məktəbdə hər hansı təzyiqlə üzləşə biləcəyindən ehtiyat edərək adətən bu qanunsuzluqlara qarşı səssiz qalmağa üstünlük verirlər. Problemin köklü şəkildə həlli üçün həm dövlət qurumları, həm də cəmiyyət tərəfindən kompleks və qətiyyətli tədbirlərin görülməsi qaçılmaz zərurətə çevrilib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, dövlət məktəblərində valideynlərdən müxtəlif bəhanələrlə pul yığılması halları həm hüquqi, həm də sosial baxımdan yolverilməzdir. Ekspert bu problemin yaranma səbəblərini və aradan qaldırılması yollarını ətraflı izah edib.
O bildirib ki, məktəblərin xırda cari təsərrüfat ehtiyacları və təmir işləri üçün büdcə vəsaitlərinin vaxtında çatmaması rəhbərliyi çətin duruma salır. Toplanan vəsaitlərin hara xərclənməsinə dair hesabatlılığın qeyri-müəyyənliyi nəzarətsizliyə zəmin yaradır.
Ekspert qeyd edib ki, Komitələrin təhsil prosesinə nəzarət etmək əvəzinə, sadəcə pul yığan mexanizmə çevrilməsi, valideynlərin övladlarının məktəbdə təzyiqlə üzləşəcəyindən qorxaraq etiraz etməməsi buna səbəb yaradır.
Problemin həlli üçün hansı addımlar atılmalıdır?
Şəmsi Qocanın sözlərinə görə, dövlət tərəfindən məktəblərin xırda ehtiyaclarını dərhal qarşılayacaq mexanizm qurulmalı, məktəb rəhbərliyi valideynlərə möhtac qalmamalıdır:
“Məktəb büdcələri ictimaiyyətə açıq olmalı, hər hansı ianələr yalnız bank hesabları vasitəsilə həyata keçirilməlidir.
Qeyri-qanuni pul yığan şəxslər barəsində formal tənbehlər deyil, çəkindirici hüquqi cəzalar tətbiq olunmalıdır.
Şikayətlərə dərhal reaksiya verilməli və müraciət edən valideynin övladına qarşı hər hansı təzyiqin qarşısı qətiyyətlə alınmalıdır. Valideyn komitələri maddi məsələlərdən tamamilə uzaqlaşdırılmalı, cəmiyyətdə təhsilin tam pulsuz olması ilə bağlı davamlı maarifləndirmə aparılmalıdır”,- deyə o əlavə edib.
Çimnaz Telmanqızı
18:44 / 27 Sentyabr 2026
36
18:25 / 27 Sentyabr 2026
44
17:14 / 27 Sentyabr 2026
58
17:08 / 27 Sentyabr 2026
56
16:51 / 27 Sentyabr 2026
62
16:45 / 27 Sentyabr 2026
60
16:39 / 27 Sentyabr 2026
118
16:36 / 27 Sentyabr 2026
75
16:27 / 27 Sentyabr 2026
67
16:14 / 27 Sentyabr 2026
68
15:59 / 27 Sentyabr 2026
66
15:48 / 27 Sentyabr 2026
76
15:42 / 27 Sentyabr 2026
687
15:30 / 27 Sentyabr 2026
64
15:15 / 27 Sentyabr 2026
68
15:05 / 27 Sentyabr 2026
66
14:53 / 27 Sentyabr 2026
70
14:50 / 27 Sentyabr 2026
80
14:36 / 27 Sentyabr 2026
507
14:35 / 27 Sentyabr 2026
187
14:31 / 27 Sentyabr 2026
67
14:30 / 27 Sentyabr 2026
65
14:05 / 27 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.