Hikmət Hacıyev "Counterpoint" sənədli filmi barədə paylaşım etdi
18 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
227
24.09.2026, 20:07
Dini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola ömrünün son illərini aclıq və səfalət içində yaşadı. SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev...
Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. Doqquz yaşında atasını itirib, Ordubaddakı internat məktəbində ağır şəraitdə böyüyüb. Sonralar xatirələrində internat illərində aclıq çəkdiyini, hətta çörək oğurladığına görə dəfələrlə cəzalandırıldığını söyləyib.
Ali təhsil almaq üçün əvvəlcə Naxçıvanda, daha sonra Rusiyanın Sverdlovsk şəhərində təhsil alıb. Hüquqşünas kimi fəaliyyət göstərsə də, rüşvətxorluğa qarşı barışmaz mövqeyi səbəbindən təzyiqlərlə üzləşib və sonradan sahibkarlığa başlayıb. 1987-ci ildə yaratdığı "Təbriz" kooperativi ona böyük uğur qazandırıb və Cənnət Əliyev SSRİ-nin ilk rəsmi milyonçularından biri kimi tanınıb.
1990-cı il 20 Yanvar faciəsi zamanı Bakıda olub və hadisələrdən ciddi psixoloji sarsıntı keçirib. Daha sonra Vilnüsdə müsahibələr verərək faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışıb. Birinci Qarabağ müharibəsi illərində Azərbaycan ordusuna külli miqdarda maddi yardım göstərib. Öz vəsaiti hesabına Rusiyada Həzrət Abbas məscidini tikdirib, "Zülfüqar" qılıncının rəmzi nümunələrini hazırladaraq müxtəlif şəxslərə hədiyyə edib.
1989-cu ildə yaratdığı "Təbriz" ansamblı onun həyatının ən yaddaqalan layihələrindən biri oldu. Ansamblın ilk mahnısı Cənnət Əliyevin bəstələdiyi "Təbriz" mahnısı idi. Qeyd edim ki, mahnının sözləri Xalq şairi Hökümə Billuriyə məxsusdur. Mahnı AzTV-də yayımlandıqdan sonra böyük şöhrət qazandı və bu gün də Azərbaycan Televiziyasının "Qızıl fond"unda qorunur.
Qollarım dolanar boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz.
Cənnət Əliyev həyatı boyu müxtəlif dini və fəlsəfi cərəyanlarla maraqlanıb. Bir müddət xristianlığı və krişnaçılığı qəbul edib, şamanizm, sufilik və digər cərəyanları araşdırıb. Sonradan yenidən İslam dininə qayıdıb. Eyni zamanda paranormal hadisələr və parapsixologiya ilə də məşğul olub.
Ömrünün son illərində var-dövlətini itirib, həbs olunub və bir müddət ruhi xəstəxanada müalicə alıb. Son günlərini ibadətlə və xalq təbabəti ilə məşğul olaraq keçirib. Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə Bakıda vəfat edib.
Onun yaxın dostunun xatirələrinə görə, bir vaxtlar milyonçu kimi tanınan Cənnət Əliyev ömrünün son günlərində maddi çətinlik içində yaşayırdı. Deyilənə görə, son günlərində üç gün ac qaldığını söyləmiş, dəfnində isə vaxtilə şöhrət qazanmasına kömək etdiyi ansambl üzvlərinin heç biri iştirak etməmişdi...
Sən şair ömrünə vüqar vermisən,
Solub-saralmayan gülzar vermisən.
Etibar vermisən, ilqar vermisən,
Hər igid oğluna, qızına, Təbriz.
00:00 / 18 Oktyabr 2026
172
23:59 / 17 Oktyabr 2026
111
23:34 / 17 Oktyabr 2026
122
23:19 / 17 Oktyabr 2026
139
22:59 / 17 Oktyabr 2026
138
22:49 / 17 Oktyabr 2026
156
22:21 / 17 Oktyabr 2026
232
22:12 / 17 Oktyabr 2026
165
22:10 / 17 Oktyabr 2026
139
22:05 / 17 Oktyabr 2026
151
21:57 / 17 Oktyabr 2026
197
21:40 / 17 Oktyabr 2026
205
21:18 / 17 Oktyabr 2026
103
20:39 / 17 Oktyabr 2026
111
20:39 / 17 Oktyabr 2026
174
20:16 / 17 Oktyabr 2026
129
20:03 / 17 Oktyabr 2026
169
20:03 / 17 Oktyabr 2026
2023
19:50 / 17 Oktyabr 2026
119
19:38 / 17 Oktyabr 2026
354
19:38 / 17 Oktyabr 2026
167
19:32 / 17 Oktyabr 2026
1383
19:26 / 17 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.